Aİ-dən çıxmağın tərəfdarı olan britaniyalıların sayı çoxalır
Tarix: 13.04.2016 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın Avropa İttifaqını (Aİ) tərk etməsinə tərəfdar olanların sayı hazırda ideyanın əleyhdarlarının sayından 3 faiz çoxdur. Bu, ICM sosioloji xidmətinin Birləşmiş Krallıqda Avropa İttifaqında üzvlük məsələsinə dair referendum ərəfəsində keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.
TASS informasiya agentliyi xəbər verir ki, rəyi soruşulanların 43 faizi ölkənin Aİ-də üzvlüyünün lehinə, 45 faizi əleyhinə olduqlarını, 12 faizi isə hələ seçim etmədiklərini bildiriblər.
Aprelin ilk günlərində keçirilən əvvəlki sorğuda isə Böyük Britaniyanın Avropa İttifaqından çıxması ideyasını respondentlərin cəmi 43 faizi dəstəkləmişdi.
“Ipsos Mori” xidmətinin məlumatına görə isə son həftələr ərzində Birləşmiş Krallığın Aİ-də qalmasını dəstəkləyən britaniyalıların sayı 54 faizdən 49 faizə qədər azalıb. Yerli şərhçilər qısa zaman ərzində ictimai rəyin kəskin dəyişməsinə Avropadakı yeni mühacir böhranı dalğasının səbəb olduğunu qeyd edirlər.
Britaniyanın Avropa İttifaqında üzvlük məsələsinə dair referendumun keçirilməsi ölkənin Baş naziri Devid Kemeronun seçkiqabağı vədlərindən biridir. Buna baxmayaraq, o, Aİ-nin fevralın 18-19-da keçirilən sammitində Birləşmiş Krallığın Aİ-də xüsusi üzvlüyü barədə sövdələşməyə nail olub. Həmin razılaşma Britaniya parlamentinə böyük suverenlik verilməsini, yerli valyutanın müdafiəsini, Aİ ölkələrindən keçən mühacirlərə Böyük Britaniyada sosial müavinətlərin verilməsinə uzun müddətli qadağa qoymaq yolu ilə miqrasiya qanunvericiliyinin sərtləşdirilməsini nəzərdə tutur. Kemeronun fikrincə, bu qaydalar britaniyalıları ölkənin Avropa İttifaqı tərkibində qalmasını dəstəkləməyə təşviq edə bilər.
Xatırladaq ki, Böyük Britaniyanın Avropa İttifaqında üzvlüyünə dair referendum iyunun 23-nə təyin olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info