Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələr sürətlə inkişaf edir
Tarix: 13.04.2016 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov aprelin 13-də Moskvaya səfəri çərçivəsində Rusiya Dövlət Humanitar Universitetində (RDHU) olub.
Universitetin rektoru Yevqeni İvaxnenko və ali məktəbin prezidenti Yefim Pivovar Mikayıl Cabbarovu ali təhsil müəssisəsinin kitabxanası və muzeyi, auditoriyaları ilə tanış ediblər.
Sonra universitetin professor-müəllim heyəti Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Nazir M.Cabbarov AZƏRTAC-a müsahibəsində Azərbaycan ilə Rusiya arasında humanitar əlaqələrin sürətlə inkişaf etdiyini bildirib. O deyib ki, Azərbaycanda iki Rusiya ali məktəbinin – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenev adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları, Rusiyada isə Azərbaycan Dövlət İqtisad Universitetinin filialı fəaliyyət göstərir. RDHU ilə Azərbaycanı sıx əlaqələr birləşdirir.
Nazir əmin olduğunu bildirib ki, bugünkü görüş elmi dairələr, tələbələrimiz arasında informasiya mübadiləsinin genişləndirilməsinə yönəldilmiş bir sıra layihələrin həyata keçirilməsinə təkan verəcək.
RDHU-nun prezidenti Yefim Pivovar qeyd edib ki, Humanitar Universitetdə azərbaycanşünaslıq sahəsində mütəxəssislər hazırlanır, Azərbaycan dili, mədəniyyəti və tarixi dərindən öyrənilir və bu sahədə iş davam etdiriləcək: “Bu, bizim üçün olduqca vacibdir. Azərbaycanla əməkdaşlıq həm Xəzər hövzəsi dövlətləri, İslam ölkələri, eləcə də Türkiyə və İran ilə əməkdaşlığımızı genişləndirməyə imkan verir. Azərbaycan ilə muzeyşünaslıq, dizayn, kitabxana işi və digər sahələrdə mütəxəssis mübadiləsi də bizim üçün çox vacibdir. Mədəniyyət baxımından Azərbaycan unikal ölkədir və buna görə də bizim üçün olduqca dəyərlidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Azərbaycanda rus dilində təhsil ixtisar edilmir, əksinə genişləndirilir və bu, bizi də Azərbaycan dilini Rusiyada fəal təbliğ etməyə həvəsləndirir”.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info