Fransada Azərbaycan mədəniyyəti günləri
Tarix: 13.04.2016 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Fransanın Altkirş, Evian və Montero şəhərlərində Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycanɪn Fransadakɪ Səfirliyinin, Paris Azərbaycan Evinin və şəhər meriyalarının dəstəyi ilə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlər keçirilmişdir. İki hissədən ibarət olan tədbirlərdə Azərbaycan Fotoqraflar Birliyi üzvlərinin fotoları və rəssam Mehri Quliyevanın əsərlərindən ibarət sərgi təşkil edilmiş, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında milli rəqslərimiz nümayiş etdirilmişdir.
Tədbirlərin açılış mərasimlərində Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Mansel çıxış edərək Azərbaycanın regionda və beynəlxalq aləmdə öz yerini sübut etmiş ölkə olduğunu vurğulamışdır. Dağlıq Qarabağ münaqişəsinə toxunan J.F.Mansel Ermənistanın son günlər cəbhə bölgəsində vəziyyəti gərginləşdirdiyini qeyd edərək, işğal olunmuş Azərbaycan torpaqlarının dərhal azad edilməsinin vacib olduğunu bildirmişdir. O, daha sonra tolerant ölkə olan Azərbaycanın Fransa ilə dostluq əlaqələrindən və Azərbaycan mədəniyyətinin Fransada daha geniş tanıdılması üçün rəhbərlik etdiyi Assosiasiyanın fəaliyyətindən danışmış və ölkəmizi daha yaxından tanımaq üçün fransızları Azərbaycana səfərə dəvət etmişdir.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Azərbaycanın Dostları Assosiasiyasına və tədbirlərin keçirildiyi şəhər meriyalarına Azərbaycan mədəniyyətinin dost ölkə olan Fransada genişmiqyaslı təbliğinə görə təşəkkür etmişdir. Azərbaycanın zəngin və qədim mədəniyyət tarixinin, dini azadlığın və tolerantlığın nümunəsi olduğunu qeyd edən səfir ölkəmizin bu sahədə dünyaya verdiyi töhfələrdən danışmışdır. O, 2016-cı ilin Azərbaycanda dövlət səviyyəsində “Multikulturalizm ili” elan edildiyini xatırladaraq, ölkəmizin çoxqütblü dünyaya və sivilizasiyalararası dialoqa verdiyi önəmdən danışmış, bu ayın sonunda Azərbaycanın paytaxtı Bakı şəhərində Sivilizasiyalar Alyansının 7-ci Dünya Forumun keçirələciyini bildirmişdir. Sülh, dialoq və birgə yaşamanın Azərbaycanlılar üçün bir ənənəyə çevrildiyini qeyd etmişdir.
Tədbirlərə qatılan fransızlar sərgini yüksək dəyərləndirmiş, milli rəqslərimizi böyük maraq və coşqu ilə qarşılanmışlar. Tədbirlərdə Heydər Əliyev Fondunun Azərbaycana aid fransız dilində nəşr etdirdiyi çoxsaylı kitab və broşürlər paylanmışdır.
Altkirş şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı Jan-Luk Reitzer, Evian merinin müavini Jozian Lei və Montero şəhərinin meri, Fransa Milli Assambleyasının deputatı İv Jego Azərbaycan mədəniyyət günlərinin bu şəhərlərdə keçirilməsindən, zəngin Azərbaycan mədəniyyətinin şəhər sakinlərinə tanıdılmasından cox məmmun olduqlarını qeyd etmiş və gələcəkdə də bu cür tədbirlərin davam etdirilməsini arzu etmişlər.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildi
22.01.2019
Azərbaycan alternativ enerji üzrə bir sıra iri layihələr həyata keçirə bilər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info