Daha bir fransalı senator bəyanat yaydı, ermənilərin əleyhinə...
Tarix: 13.04.2016 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


Fransa Respublikasının Ain bölgəsindən olan senator Silvi Qo-Şavan bəyanatla çıxış edərək ermənilər tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və yeddi ətraf rayonun ərazilərinin işğalı və mülki əhaliyə qarşı törədilən təcavüzü pisləmişdir.
Senator bəyanatında bildirir ki, erməni silahlı qüvvələri illərdir Dağlıq Qarabağı və yeddi ətraf rayonu qanunsuz şəkildə işğal altında saxlayır. O, Ermənistanı davamlı olaraq həyata keçirdiyi təhriklərdən əl çəkməyə çağırır və BMT Təhlükəsizlik Şurasının erməni hərbi qüvvələrinin işğal edilmiş ərazilərdən geri çəkilməsi ilə bağlı qətnamələrə əməl edərək beynəlxalq hüquqa hörmət etməyi tələb edir.
Bəyanatda senator Silvi Qo-Şavan Azərbaycanın birtərəfli qaydada atəşkəs elan etmək qərarını da alqışlayır, mülki əhalini, dinc sakinləri qadın və uşaqlara məhəl qoymadan qətlə yetirən Ermənistan ordusunun təcavüzkar əməllərini pisləyir və Ermənistan dövlətinə də atəşkəslə bağlı eyni addımı atmağın vaxtı yetişdiyini söyləyir.
Senator sonda bəyan edir ki, Ermənistan ordusu tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi və ona bitişik rayonlar Fransanın iqtisadi tərəfdaşı və terror əleyhinə mübarizədə mühüm müttəfiqi olan və sabitlik adası sayılan Azərbaycan Respublikasının ərazisidir. Ermənistan ordusu dərhal və heç bir qeyd-şərtsiz həmin ərazilərdən çıxarılmalıdır.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info