“The Guardian”: “Niderlandlıların siyasətçilərə olan etimadı itirilib”
Tarix: 13.04.2016 | Saat: 19:28:00 | E-mail | Çapa göndər


Niderlandlı seçicilər: “Hökumətin həddindən artıq uğursuzluqları və qüsurları cəzasız qalır”


Böyük Britaniyanın “The Guardian” media qurumu Niderlandda keçirilmiş Avropa Birliyi-Ukrayna assosiasiya sazişi ilə bağlı referendumun rezenonans doğuran nəticələrinə görə Niderland seçiciləri arasında araşdırma aparıb. Araşdırma nəticəsində maraqlı nəticələrə gəlinib.
Bununla bağlı “The Guardian”dakı yazıda qeyd edilir: “Avropa Birliyi ilə ticarət və təhlükəsizliyi əhatə edən assosiasiya sazişi ötən cümə axşamı niderland seçiciləri tərəfindən qətiyyətlə rədd edildi. Bu səsvermə nəticələri ilə bağlı olaraq, Niderlandda avroskeptisizmin və Avropa Birliyinə inamsızlığın baş qaldırıb-qaldırmadığını öyrənmək istədik”.
Bunun üçün niderlandlıların rəyi öyrənilib.
Leydendə hüquq tələbəsi olan Joanne deyib: “Hökumətin həddindən artıq uğursuzluqları və qüsurları cəzasız qalır. Referendumun nəticəsi məni çox məmnun etdi. Əslində Niderlandda avroskeptisizm, 2005-ci ildə keçirilmiş referendumun nəticəsi saya alınmayandan və bizim xarici siyasət üzərində gücümüz itiriləndən sonra yavaşıyıb. İnsanlar isə hiss edirlər ki, onların hələ də öz talelərinə nəzarət etmək gücündədirlər və milli maraqlara qarşı çıxış edən siyasətçiləri cəzalandıra bilərlər. Mənim hazırkı koalision hökumətə olan inamım çox zəifdir. Təhlükəsizlik nazirliyinin qüsurları, yersiz yerə milli polis güclərinin yaradılması və səhiyyədə ağır ixtisarların aparılması kimi neqativ məqamlar, hökumətin çoxlu sayda cəzalandırılmamış qüsurlarının sadəcə bir neçəsidir”.
Amsterdamdan olan jurnalist Martijn isə belə bildirib: “Siyasətçilər iqtisadi ədalətsizliyin qarşısını ala bilmirlər, ona görə də onlar bizim onlara olan inamımızı itiriblər.


“Avropa Birliyi konstitusiyası ilə bağlı referendumun nəticələri 2005-ci ildə rədd ediləndən sonra Niderlandda avroskeptisizm daha da artıb”


Mən Amsterdamda yaşayan və işləyən müstəqil jurnalistəm. “BNR Nieuwsradio” kommersiya radio stansiyasında və “NPO Radio 1” radiosunda redaktor kimi çalişıram. Qeyd etməliyəm ki, səsvermədə “hə” səsi Niderland paytaxtında çoxluq qazanıb. Amma bu göstərici paytaxtın nisbətən gənc sakinlərinin səsvermələri baxımından bir qədər aşağı olub. Çox hissəsi “hə” deyən şəhərlər arasında Utrext, Vageningen və Groningeni göstərmək olar. Referendumun nəticəsi bu məsələdə ölkədə olan əhvali-ruhiyyəni göstərmək üçün ədalətli ifadə deyil. Seçicilərin çoxu əslində bitərəf qalıb. Səsvermədə minimum 30 faizlik iştirakın səsverməni baş tutmuş hesab edəcəyi halda, dostlarımın əksəriyyəti səsvermədən kənarda aldılar.

“İnsanların çoxu inanır ki, Avropa Birliyinin ehtiyacları onun üzvü olan ayrı-ayrı dövlətlərdən üstün tutulur”

Referendum xalqın öz avroskeptisizmini ifadə etmək üçün asan yol idi”.
Regional fəal olan noord-brabantlı Hannah isə bildirib ki, Noord-Brabantda çoxluq səs verməyib: “Bu əyalət seçicilərin ən az səs verdiyi yer olub. Hesab edirəm ki, insanların çoxu səsvermədən ona görə kənarda qalıb ki, onlar səslərinin nəticəsində hansısa dəyişiklik olacağına inanmayıblar.
Avropa Birliyi konstitusiyası ilə bağlı referendumun nəticələri 2005-ci ildə rədd ediləndən sonra Niderlandda avroskeptisizm daha da artıb.
İnsanların çoxu inanır ki, Avropa Birliyinin ehtiyacları onun üzvü olan ayrı-ayrı dövlətlərdən üstün tutulur. Digər tərəfdən, məncə, niderlandlıların çoxu hansısa formada Avropanın Birliyini istəyirlər, amma bu, indiki formada olmamalıdır”.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info