Ağstafada 1,5 ton barama istehsal olunacaq
Tarix: 13.04.2016 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Aprelin 13-də Ağstafa Rayon İcra Hakimiyyətində cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş tərkibdə şura iclası keçirilib. Şura iclasında Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, cari ilin üç ayında Ağstafa rayonunun sosial-iqtisadi inkişafı sahəsində artan dinamika müşahidə edilib. Belə ki, cari ilin birinci rübündə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 18,3 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının həcmində 0,6 faiz, nəqliyyat xidmətində 4,1 faiz, rabitə xidmətində 5,2 faiz, ticarət sahəsində 14,1 faiz artım əldə olunub. Diqqətə çatdırılıb ki, cari il üçün Ağstafa rayon Ərazi Məşğulluq Proqramı hazırlanıb. Sosial müdafiəyə xüsusi ehtiyacı olanlar üçün 7 müəssisədə 18 iş yeri yaradılıb. Birinci rübdə 1610 nəfər işaxtaran kimi rayon Məşğulluq Mərkəzində qeydiyyata alınıb və 395 nəfər işlə təmin edilib. Diqqətə çatdırılıb ki, Ağstafa rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cari ilin 3 ayında rayon üzrə kənd təsərrüfatı məhsullarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Kənd təsərrüfatında ənənəvi məşğuliyyət növlərinin bərpası və məşğulluğun artırılması istiqamətində Prezidentin tapşırığına uyğun olaraq, cari ildə rayonda barama istehsalının bərpası və mövsümün sonuna qədər 1,5 ton baramanın dövlətə təhvil verilməsi nəzərdə tutulur. Ağstafa şəhərinin abadlaşdırılması küçə və meydanların yenidən qurulması da davam etdirilir. N.Nərimanov, S.Ağamalıoğlu, R.Əsədov, E.Qələmçəli və N.Kəsəmənli küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılıb. Hazırda Ağstafa şəhərinin bir sıra küçələrində çoxmənzilli yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi, pilləkan qəfəslərinin əsaslı təmiri və binaların həyətlərində abadlaşdırılma işlərinin aparılmasına başlanılıb.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info