Daha 3 boksçumuz 1/4 finala yüksəldi
Tarix: 14.04.2016 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Yarışın 4-cü günü rinqə çıxan Azərbaycan millisinin 3 üzvü mərhələ adlamaqda çətinlik çəkməyib. Belə ki, Cavid Çələbiyev (56 kq) ilk döyüşündə Vyaçeslav Qoyanla (Moldova) üz-üzə gəlib. Dünya çempionumuz rəqibini rinqə çıxmağa peşman edib - 3:0. O, 1/4 finalda bolqarıstanlı Stefan İvanovla döyüşəcək.
Çələbiyevin uğurunu Teymur Məmmədov da təkrarlayıb. Lakin 81 kq çəki dərəcəsində yarışan həmyerlimiz qələbəni heç də asan qazanmayıb. Rusiya yığmasının Gürcüstan əsilli boksçusu Georgi Kuşitaşvilini sınağa çəkən Olimpiya mükafatçımız 2:1 hesabı ilə qalib gəlib. O, yarımfinala gedən yolda türkiyəli Ünal Mehmetlə münasibətinə aydınlıq gətirəcək. Abdulqadir Abdullayev (91 kq) də mübarizəni 1/4 finalda davam etdirəcək. O, 1/8 finalda Tadas Tamasausu (Litva) yarışdan kənarlaşdırıb - 3:0. Abdullayev ikinci görüşündə Darren O Neillə (İrlandiya) qarşılaşacaq.




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İki idmançımız Tunisdə dünya çempionu olub
18.06.2019
Azərbaycanın iki güləşçisi Avropa çempionu olub
18.06.2019
UEFA Avropa Liqası: “Neftçi” və “Səbail” klublarının rəqibləri müəyyənləşib
18.06.2019
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi: Albaniyanın “Partizani“ klubu
18.06.2019
Ölkəmizi uğurla təmsil etməyə çalışacam

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10808

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info