“Avropa İttifaqı status-kvo ilə razılaşa bilməz”
Tarix: 14.04.2016 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsi həm münaqişə tərəflərinin, həm də bütün regionun inkişafına maneə yaradır. Cənubi Qafqaz Avropanın böhranlı regionudur”.
Bu sözləri Avropa Parlamentinin plenar sessiyasında Avropa İttifaqının xarici işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini deyib. Mogerini ötən ay Ermənistan və Azərbaycana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin onun diqqət mərkəzində olduğunu qeyd edib: “Sonuncu dəfə bu məsələ 2011-ci ildə plenar iclasda müzakirə olunub. İndi bu məsələni müzakirə etmək çox faydalı olacaq, çünki Dağlıq Qarabağda olan hadisələr uzanan münaqişənin nə qədər təhlükəli ola biləcəyini göstərir”. Onun sözlərinə görə, Avropa, Asiya və Yaxın Şərqin qovşağında yerləşən Cənubi Qafqaz regionu böyük inkişaf potensialına malik olmaqla yanaşı, qeyri-stabillik və müharibə mənbəyidir: “Geniş miqyası münaqişə heç kimin maraqlarına xidmət etmir və yaxşı nəticələrə aparıb çıxarmayacaq”. Federika Mogerini status-kvonun qəbuledilməz olduğunu qeyd edib: “Avropa İttifaqı status-kvo ilə razılaşa bilməz. Lazım olan yol siyasi həldir və bizim niyyətimiz - tərəflər arasında danışıqları bərpa etməkdir. Avropa İttifaqı münaqişənin ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təklif edilən Madrid prinsipləri əsasında həll olunmasını dəstəkləyir. Nəticə etibarilə, bilirik ki, həll münaqişə tərəflərinin əlindədir. Avropa İttifaqı münaqişənin sülh yolu ilə həlli istiqamətində bütün addımları dəstəkləyir”.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir
14.01.2019
“Azərbaycan hər ili əvvəlki ildən daha möhtəşəm uğurlara imza atır”
13.01.2019
Prezident Ermənistandakı böyük problemlərin məhz Sarkisyan rejiminin mahiyyətindən irəli gəldiyini təkzibolunmaz faktlarla sübut etdi
13.01.2019
2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi baxımından çox mühümdür
13.01.2019
Azərbaycanın uğurlu siyasəti Ermənistanın kriminal xunta rejiminin mahiyyətini açıb ortaya qoydu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info