ABŞ-ın Suriya ilə bağlı “B” planı bəlli oldu
Tarix: 14.04.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


“The Wall Street Journal”: “Mərkəzi Kəşfiyyat İdarəsi Suriya müxalifətinə hökumətin təyyarə və artilleriya mövqelərinə hücum etməyə imkan verən silahlar vercəck”

“The Wall Street Journal” nəşri ABŞ-ın Suriyada həyata keçirməyi nəzərdə tutduğu “B” planı barədə məlumat yayıb.
Nəşr yazır ki, hazırda Suriyada mövcud olan atəşkəs uğursuzluqla nəticənələcəyi təqdirdə, Mərkəzi Kəşfiyyat İdarəsi “B” planını işə salaraq ölkə müxalifətinə güclü silahlar verəcək. Həmin silahlar müxalifətə hökumətin təyyarə və artilleriya mövqelərinə hücum etməyə imkan verəcək. Nəşr yazır ki, Mərkəzi Kəşfiyyat İdarəsi və onun regional tərəfdaşlarının mətbuata sızdırdığı “B” planının məğzi bundan ibarətdir. O da qeyd edilir ki, Mərkəzi Kəşfiyyat İdarəsi Avropadakı müttəfiqlərini əmin edib ki, belə bir addımın atılması, yalnız Suriyada sülhün pozulacağı təqdirdə həyata keçirilə bilər. Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Barak Obama ölkəsinin Liviyaya müdaxiləsini ən böyük səhv kimi dəyərləndirsə də, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin belə bir bəyanatla çıxış etməsi Rusiya tərəfindən Moskvaya təzyiq cəhdi kimi şərh edilir. Məsələyə münasibət bildirən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, açıqlanan “B” planı ABŞ-ın “normal sülh əməliyyatın müdaxilə” kimi qəbul ediləcək: “Təbii ki, bizimlə müzakirə edilməmiş bu plan barədə heç bir məlumatımız yoxdur. Hazırda biz hərbi əməliyyatların dayandırılması üzərində işləyirik. Lakin qarşı tərəfin belə bir planla çıxış etməsi, hazırda Suriyada olan kövrək sülh şəraitində dərin narahatlıqla yaradır. Bütün bunlara baxmayaraq, biz belə bir planın mövcud olmadığına ümid edirik”. Xatırladaq ki, Suriyada atəşkəs bu il fevralın 27-dən qüvvədədir. Barışıq BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu təşkilat kimi tanınan təşkilatları əhatə etmir. Amma “B” planı göstərir ki, əsas siyası oyunçuların maraqları təmin olunmayacağı halda sülh prosesi pozulacaq. Ona görə də Moskva belə bir planın varlığını sülh prosesini pozmaq yönəlmiş “ədalətsiz və riyakar oyun” kimi dəyərləndirir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info