Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa ediilir
Tarix: 27.02.2013 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


Valideyn himayəsindən məhrum olmaları və müvafiq dövlət strukturlarında qeydiyyata alınmamaları səbəbindən baxımsız qalmış uşaqların sosial təminatla əhatə olunmaları və sosial reabilitasiya edilmələri məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 50 nəfərlik ixtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq inşa etdirilir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən inşa olunan mərkəzin və sığınacağın tikintisinin cari ildə başa çatdırılması, həmçinin respublikanın daha 7 rayonunda belə mərkəzlərin yaradılması planlaşdırılır.
Sosial reabilitasiya mərkəzləri və sığınacaqlar baxımsız qalmış uşaqların problemlərinin həllinə, təhsillərinin inkişaf etdirilməsinə, cəmiyyətə inteqrasiya olunmalarına kömək göstərəcək, onlara tibbi, hüquqi, sosial xidmətlərin göstərilməsini təmin edəcək. Həmçinin ehtiyac olduğu təqdirdə baxımsız uşaqlar sığınacaqla təmin olunacaq.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info