Litva Seymi açıqlama verdi
Tarix: 27.02.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Azərbaycanın Litvadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Səfirlikdən verilən məlumata görə, etiraz notası Litva Seyminin bir qrup üzvünün Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimlə dostluq qrupu yaradılması təşəbbüsü ilə bağlıdır. Səfirlikdən bildiriblər ki, bu məsələ ilə əlaqədar bir sıra görüşlər keçirilib və Azərbaycan tərəfinin etirazı, narahatlığı Litva rəsmi dairələrinə çatdırılıb: “Azərbaycan səfirliyi öz etiraz notasını təqdim edib, biz bununla bağlı şifahi cavab almışıq və hazırda rəsmi cavabı gözləyirik. Bu təşəbbüs Litva-Ermənistan parlamentlərarası dostluq qrupunun bir qrup üzvü tərəfindən irəli sürülüb, amma bu, heç də ölkənin rəsmi mövqeyini əks etdirmir. Litva ölkəmizin ərazi bütövlüyünü tanıyır, məlum addım sadəcə bəzi deputatların şəxsi təşəbbüsüdür. Azərbaycanın Litvadakı səfirliyi bu dostluq qrupunun yaradılmasının qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək”. Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas separatçı rejimlə dostluq qrupunun yaradılması xəbərini belə şərh edib: “Bu, Seymin bəzi üzvlərinin şəxsi təşəbbüsüdür və nə Seymin, nə Seym rəhbərliyinin mövqeyini əks etdirmir. Seym üzvlərinin kiçik bir qrupu belə bir qrup yaratmaq niyyətinin bəyan ediblər, lakin bu yalnız bir təşəbbüsdür. Rəsmi olaraq belə bir qrup yaradılmayıb. Litva Respublikasının Dağlıq Qarabağ məsələsində mövqeyi dəyişməz qalır”.






 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək
17.04.2019
Lavrov: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmalar kağız üzərində qalmamalıdır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info