“Aşağı göstərici toplayan müəllimlərin bir qismi özləri ərizə yazıb gedib”
Tarix: 14.04.2016 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


"Təhsil sistemində, məktəblərdə yüzlərlə, minlərlə adları gedən və özləri olmayan müəllim var. Müəllimlərin diaqnostik qiymətləndirilmədən keçirilməsi bu məsələdə bizə kömək etmiş oldu". Bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyev jurnalistlər üçün keçirilən təlimdə deyib. Onun sözlərinə görə, 2014-cü ildə Bakıda keçirilən qiymətləndirmə zamanı 30 minə yaxın müəllimdən təxminən 6500-ü ibtidai sinif müəllimi olub. Ən böyük problemin həmin müəllimlərlə bağlı olduğunu deyən şöbə müdiri qeyd edib ki, onlar arasında təhsil səviyyəsi aşağı olanlar çoxdur: "Hətta elə olurdu ki, elmi dərəcəsi olanlar 5-6 suala ancaq cavab yaza bilirdi. İmtahan nəticələrindən narazı qalan 3000 müəllimlə görüşdük, əsas məqsədi başa saldıq. Dedik ki, onlarla yanaşı, digər müəllimlərin fərqi bilinməlidir. Ölkə üzrə müəllimlərin diaqnostik qiymətləndirilməsinin aparılmasında məqsəd ilk növbədə kimlə işləməyi müəyyənləşdirməkdir".
Nazirlik rəsmisi qeyd edib ki, müəllimlərin özləri keyfiyyətləri baxımından fərqlənir. Onun fikrincə, məktəblərdə çox hallarda müəllimə qarşı ədalətsizliklər olur: "Təcrübə göstərirdi ki, biliyindən arxayın olanlar imtahanlarda da yüksək nəticə əldə ediblər. İmtahan nəticələrinin hər biri direktora ayrıca zərfdə verilib. Bununla da direktor müəllimlər arasındakı fərqi bilirdi. Hətta bir çox direktor qiymətləndirmədən sonra bizə təşəkkür də edirdilər. Çünki məktəbdə fironluq edən müəllimlər imtahandan sonra sakit kənara çəkilirdi. Nəticədə çox aşağı göstərici toplayan müəllimlərin bir qismi özləri ərizə yazıb getdi. Qiymətləndirmədən sonra fərqi, əmək haqqı fərqini gördükdən sonra bölgə müəllimləri özləri müraciət etdilər ki, onlarla da imtahanlar aparılsın ".

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir
19.02.2019
Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib
19.02.2019
Əmək və əhalinin sosial müdafiəsi nazirinin yeni müavini təyin olunub
19.02.2019
Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüş olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info