Suraxanı rayonunda 934 yeni iş yeri açılıb
Tarix: 14.04.2016 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


2016-cı ilin birinci rübündə 7497 nəfərə 1 milyon 740 min manatdan artıq sosial müavinət ödənilib

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Suraxanı rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında ətraflı müzakirə olunub, qarşıda duran vəzifələr konkretləşdirilib.
Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Prezidentin çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verdikdən sonra ilin birinci rübündə rayonun sosial-iqtisadi göstəricilərini şərh edərək bildirib ki, rüb ərzində Suraxanının sosial-iqtisadi inkişafı davam etdirilib, sənaye məhsulunun istehsalı 51,3 milyon manat, tikinti-quraşdırma işləri 7,7 milyon manat, nəqliyyat xidmətləri 1,2 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 1,9 milyon manat, kənd təsərrüfatı 0,9 milyon manat, pərakəndə ticarət dövriyyəsi 84,3 milyon manat, orta aylıq əmək haqqı 538 manat təşkil edib, əhaliyə 68,9 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 934 yeni iş yeri açılıb:
“Yanvarın 11-də Prezidentin iştirakı ilə “ATEF Sirkətlər Qrupu”nun Qaraçuxur qəsəbəsində İriqabaritli Transformatorlar Zavodu istifadəyə verilib, yeni Yüksəkgərginlikli Avadanlıqlar Zavodunun təməli qoyulub. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulub, onların 5-i icra olunub, 19-nun icrasına başlanılıb, başa çatdırılan və başlanılan tədbirlər proqramın 44,5 faizini təşkil edib.
Bu dövr ərzində 347 p.m. yeni qaz kəməri çəkilib, rayon əhalisinin 98,0 %-dən çoxu məişət qazı ilə təmin olunmuş, 10 ədəd Transformator Məntəqəsində, 8 ədəd Komplekt Transformator Məntəqəsində cari təmir işləri aparılıb, hazırda rayon əhalisinin 100,0 %-i elektrik enerjisi ilə təmin olunub, müxtəlif diametrli borularla 10 min 795 p.m. su xətti çəkilib, 904 p.m. istilik xətləri dəyişdirilib, qazanxanalarda cari və əsaslı təmir işləri aparılıb, rayonun küçə və yollarında cari təmir işləri görülüb, köhnə Bakı-Aeroport yolundan “Şuşa” köçkün şəhərciyinə gedən yolun asfaltlanması, Zığ dairəsi-Hövsan-Türkan-Qala avtomobil yolunun yenidən qurulması işləri davam etdirilib. Rayonun əməliyyat şirkətləri tərəfindən lay suları və neftlə çirklənmiş 1,0 hektar torpaq sahəsi təmizlənərək texniki rekultivasiya olunub, ümumi sahəsi 430 kv.m. olan müxtəlif ölçülü 5 ədəd gölməçə qurudulub, 10 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmiş, neft kollektorları təmir olunub”.
Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə başlayan birinci “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində  Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda davamlı ağacəkmə aksiyaları keçirilir:
“Rayonun mənzil-kommunal idarələri tərəfindən 13 ünvanda nümunəvi abad məhəllənin salınmasına və mövcud “Nümunəvi abad məhəllə”lərdə təmir-bərpa işlərinə başlanılıb, işlərin may ayının ilk günlərində başa çatdırılması planlaşdırılır. Daxil olmuş müraciətlər əsasında rayonun mənzil-kommunal birlikləri tərəfindən yaşayış binalarının 4103 kv.m. ölçüdə dam örtüyü təmir edilib. Yeni Günəşli “V” yaşayış sahəsində bir mini futbol meydançasının, Bülbülə və Qaraçuxur qəsəbələrində idman zallarının, Qaraçuxur qəsəbəsi, 318 saylı məktəbin qarşısında idman kompleksinin, Şahmat məktəbinin, 100 yerlik uşaq bağçasının tikintisi davam etdirilir.
Prezidentin 2016-cı il fevralın 15-dən mayın 15-dək bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı rayonda müvəffəqiyyətlə icra olunur. Bu günə qədər 107 min vətəndaş və 132 kollektiv tibbi müayinədən keçib. Rayon sakinləri dövlət başçısının bu təşəbbüsünü alqışlayırlar. “Ölkəmizi tanıyaq” tur-aksiyasında bir qrup Suraxanı məktəblisi Naxçıvan Muxtar Respublikasında səfərdə olub, Bakıda səfərdə olan Naxçıvan məktəbliləri isə Suraxanıya gələrək “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu ilə tanış olublar. Prezident Administrasiyasının tapşırığına uyğun olaraq müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və YAP Suraxanı rayon təşkilatında cari ilin birinci rübündə 19 məktəbdən 952 nəfər 11-ci sinif şagirdin iştirak etdiyi 7 açıq dərs keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzdə eyni zamanda ayda bir dəfə tədris olunmaqla “Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda 9-11-ci sinif şagirdlərinə açıq dərs keçirilir, bu dərslərdə bütün mövzular xüsusi hazırlanmış animasiya, foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılır. Həmin dərslər 2015-2016-cı tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcək. Heydər Əliyevin anadan olmasının 93 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar”.
Qeyd edilib ki, Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə indiyədək 60 mindən yuxarı yerli və xarici ziyarətçi tanış olub, mərkəzin elektron kitabxanasının xidmətindən 15 mindən artıq istifadəçi faydalanıb, mərkəzdə müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri, elmi institutlar, digər dövlət orqanları ilə birgə 175 tədbir keçirilib.
Suraxanı Rayon İcra Hakimiyyəti və KİVDF-nin keçirtdiyi “Suraxanı rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi keçirilib, müsabiqənin qaliblərinə diplom, təşəkkürnamə və mükafatlar təqdim olunub: “Sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin profilaktikası sahəsində və gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə rayonda yerləşən orta məktəblərdən, müəssisə və təşkilatlardan, idman klublarından yeniyetmə və gənclər cəlb olunmaqla ümumilikdə gənclər sahəsi üzrə 23, idman sahəsi üzrə 24 tədbir keçirilib, rayon məktəblilərin XXVIII spartakiadasına start verilib.
Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələləri daim nəzarətdə saxlanılıb, 1-ci rüb ərzində rayonun aidiyyəti idarələri tərəfindən 7497 nəfərə 1 milyon 740 min manatdan artıq sosial müavinət ödənilib, 2400 ailəyə 1 milyon 138 min manatdan artıq ünvanlı dövlət sosial yardımı göstərilib, 212 nəfər tənha, əlil vətəndaşa evdə sosial xidmət göstərilib, Rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 571 nəfəri işlə təmin edib”.
Rayon rəhbəri vurğulayıb ki, Prezidentin yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Suraxanı rayon İcra Hakimiyyəti ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirib. Rayonda iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, keçirilən tenderlərdə şəffaflığın təmin olunması, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması daim diqqət mərkəzində saxlanılıb.
Yerli infrastruktur layihələrinin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilən tapşırıqların icrası ardıcıl nəzarətdə saxlanılır. Sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqların təmin edilməsi məqsədilə tədbirlər görülür. Suraxanı RİH-də Apellyasiya Şurası yaradılıb:
“Bakı şəhərinin bir sıra rayonlarında, o cümlədən Suraxanı rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub. Bu məqsədlə Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 34 və 36 ünvanda yerləşən istismara yararsız 2 mərtəbəli yaşayış binalarının əvəzinə tikintisi nəzərdə tutulan 12 və 14 mərtəbəli, 2 girişli yaşayış binasının eskiz layihəsi tərtib olunub, Bakı Dövlət Layihə İnstitutu tərəfindən şəhərsalma əsaslandırılması sənədləri hazırlanıb və razılaşdırılması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunub. Eyni zamanda Qaraçuxur qəsəbəsi, Kərəm İsmayılov və Mədən küçələrində yerləşən istismara yararsız 5 ədəd 2 və 3 mərtəbəli yaşayış binalarının əvəzinə tikintisi nəzərdə tutulan 15 və 16 mərtəbəli, 6 girişli yaşayış binasının eskiz layihəsi tərtib olunub, şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanması üçün Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanıb.
28 yanvar - 19 mart tarixlərdə Əmircan, Yeni Suraxanı, Zığ və Hövsan qəsəbələrində “ASAN xidmət”in müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar vasitəsilə 4372 nəfər vətəndaşa səyyar formada xidmətlər göstərilib. Kənd təsərrüfatı məhsullarının satış yarmarkasının fəaliyyəti davam etdirilib və 2016-cı ilin 1-ci rübü ərzində əhaliyə 218 ton kənd təsərrüfatı məhsulları satılıb. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və aidiyyəti dövlət orqanlarının iştirakı ilə rayonda ənənəvi olaraq dövlət bayramları qeyd edilib və müxtəlif tədbirlər keçirilib. Birinci rübdə yerlərdə görüş-qəbulların keçirilməsinə diqqət artırılıb, Rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 595 nəfər sakinin iştirakı ilə keçirilmiş 9 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib, icrasına daim nəzarət edilib”.
Qeyd edilib ki, RİH tərəfindən göstərilən xidmətlər haqqında məlumatlar Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilmiş və Elektron Reyestrə daxil edilib.
Hesabat yığıncağında əldə olunmuş nailiyyətlərlə yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları də müzakirə olunub.
Sonda İlqar Abbasov vurğulayıb: “Dövlət başçısını bir daha əmin etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin siyasi və iqtisadi kursuna sadiq olan rayonun əmək kollektivləri və sakinləri qəbul edilmiş Dövlət Proqramlarında müəyyən olunan iqtisadi inkişaf hədəflərinin təmin olunması, nəzərdə tutulmuş bütün işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, qazanılmış uğurların daha da artırılması üçün əzmlə çalışacaq, rayonun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərimizə düşən vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəyik.”

Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info