Ukraynada “inqilab balaları”nın korrupsiya qalmaqalı
Tarix: 14.04.2016 | Saat: 20:39:00 | E-mail | Çapa göndər


“Foreign policy”: “Ukrayna problemlərinin mərkəzində dayanan şəxs – Petr Poroşenko əvvəlki kimi ukraynalıların qəzəbinə səbəb olan və ölkə iqtisadiyyatını boğan ümumi korrupsiya ilə mübarizə aparmaqdan imtina edir”


ABŞ-ın “Foreign policy” media qurumu Ukraynadakı ictimai-siyasi böhranın dərinləşməsi barəsində maraqlı yazı yazıb. Yazıda bildirilir ki, Ukraynanın baş naziri Arseni Yatsenyukun istefası Ukraynanın siyasi böhrana doğru sürünməsini dayandırmayacaq: “Son nəticədə, ölkə xaosa bürünməkdə davam edəcək. Ukrayna problemlərinin mərkəzində dayanan şəxs – Petr Poroşenko əvvəlki kimi ukraynalıların qəzəbinə səbəb olan və ölkə iqtisadiyyatını boğan ümumi korrupsiya ilə mübarizə aparmaqdan imtina edir. Qərbin sayəsində Poroşenko öz mövqeyini daha da gücləndirməkdədir. Yatsenyukda da problem olmadığını demək olmaz: ingliscə əla danışan bu siyasətçi çoxlu qalmaqalların mərkəzində dayanırdı.
Onu dəfələrlə köhnə oliqarx dəstəsi ilə əlaqələrdə suçlamışdılar. Onun Beynəlxalq Valyuta Fondu tərəfindən diktə edilmiş islahatları hansısa nəticələrə gətirib çıxarmadı və bu da onun aktivində mənfi xalların peyda olması ilə nəticələndi. Amma bununla bağlı böhran hələ fevral ayında iki yüksəkçinli nazirin - iqtisadi inkişaf naziri Ayvaras Abromoviç və baş prokurorun müavini Vitali Kaskonun istefasından sonra başladı. Onlar bəyan etmişdilər ki, Poroşenkonun yaxın ətrafının maneə yaratmaları üzündən, hansısa islahat keçirmək mümkünsüzdür. Martın 16-da isə korrupsiya ilə mübarizə aparan parlament üzvü Sergey Leşenko öz müsahibəsində bildirib ki, Poroşenko ona baş prokuror Viktor Şokin barəsində tənqidlər səsləndirməməklə bağlı təzyiq edib və deyib ki, Şokin onun “ailəsinə” daxildir.
Daha sonra isə martın sonunda “Petr Poroşenko bloku” yeni qanunun köməyilə Yuxarı Radanın daha iki üzvünün manatını əlindən alıb. Onlar prezidentin müttəfiqlərini ictimai qaydada korrupsiyada ittiham etmişdilər. Bunun ardınca isə Şokin onu korrupsiya ilə mübarizə aparmağa mane olmaqda ittiham edən başqa bir müavinini – David Sakvarelidzeni işdən çıxarmağa nail olub. Bu və digər misallar əsasında Ukraynada korrupsiyanın aşkara çıxması onu göstərir ki, Kiyev bütün ölkəni bürüyən korrupsiya ilə mübarizə aparmaqda acizdir. Bu korrupsiyanın bir hissəsi isə Poroşenko və onun yaxınlarıdır.
Yatsenyuk istefaya gedərkən belə demişdi: “Bir nəfəri dəyişmək arzusu siyasətçiləri kor edib”. O, yalançı olsa da, bu məsələdə doğrudur”.

İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Astana şəhərinin yeni adı Nur-Sultan oldu
22.03.2019
Ermənistanda qazın qiyməti artacaq
21.03.2019
“Ermənistan hakimiyyəti Qarabağ danışıqlarına hazır deyil“
20.03.2019
Dariqa Nazarbayeva Qazaxıstan parlamenti Senatının sədri seçilib
19.03.2019
Ermənistan Azərbaycanla azaraq sərhədi keçmiş vətəndaşların mübadiləsinə hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info