Putin : “Əlimizdən gələni edəcəyik ki, bu münaqişə həll olunsun”
Tarix: 14.04.2016 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


"Çox həssas mövzudur. Mən elə gəlir ki, biz bu mövzuya ehtiyatlı yanaşmalıyıq. Bu, çoxdankı münaqişə, çoxdankı problemdir, dondurulmuş vəziyyətdə idi, təssüflər olsun ki, orada qığılcım baş verdi. Biz əlimizdən gələni edəcəyik ki, bu münaqişə həll olunsun, hər iki tərəf üçün məqbul sayılan həll yolu tapılsın. Əlbəttə ki, Dağlıq Qarabağla bağlı uzunmüddətli həlli lazımdır. Bu, istisnasız olaraq siyasi həll yoludur".
Bunu Rusiya prezidenti Vladimir Putin canlı yayımda ona ünvanlanan sualları cavablandırarkən deyib.O bildirib ki, güzəşt tapılmalıdır: "Bir neçə il əvvəl mənə elə gəlirdi ki, biz hər iki tərəfə sərf edən güzəşti tapmağa yaxınlaşmışıq. Təəssüflər olsun ki, belə deyilmiş. Beynəlxalq strukturlar çərçivəsində və ikitərəfli formatlarda münaqişənin həlli istiqamətində işlərimizi davam etdirəcəyik. Kimin nə deməsindən asılı olmayaraq, Rusiya bu münaqişənin həllində maraqlıdır. Biz həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edirik.
Rusiyada çoxlu sayda azərbaycanlı və erməni yaşayır. Söhbət milyonlardan gedir. Tanrıya şükürlər olsun ki, Rusiyada belə problem yoxdur. Bundan savayı, bilirəm ki, Rusiyadakı azərbaycanlı və ermənilər baş verənlərdən sonra da şəxsi münasibətlərini qoruyub saxlayırlar. Rusiya bu münaqişənin həllinə öz vasitəçi töhvəsini verəcək. Son qərar isə Azərbaycan və Ermənistan xalqlarınındır".




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info