“Naxçıvanın turizm məkanı kimi cazibədarlığı xeyli artıb”
Tarix: 14.04.2016 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Naxçıvanda tarixilik qorunmaqla müasirliyə nail olunub. Bu, çox gözəldir. Eyni zamanda, muxtar respublika füsunkar təbiətə, gözəl turizm obyektlərinə, ən yüksək səviyyədə qurulan infrastruktura malikdir. Bu da Naxçıvanın turizm məkanı kimi cazibədarlığını xeyli artırır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu deyib.
Səfir qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına üçüncü dəfədir səfər edir və hər səfərində Naxçıvan şəhərinin, muxtar respublikanın bütün bölgələrinin necə gözəlləşdiyinin, ən müasir səviyyədə yenidən qurulduğunun, abadlaşdığının canlı şahidi olur.
“Mən bütün naxçıvanlıları əldə etdikləri qeyri-adi iqtisadi yüksəliş münasibəti ilə səmimi qəlbdən təbrik edirəm”, - deyən Daniel Kristian Çiobanu bildirib ki, səfər çərçivəsində muxtar respublikanın tarixi abidələri, burada yaradılan müəssisələrin istehsalat potensialı ilə tanış olub və bu, onda dərin təəssürat yaradıb.
Səfərinin məqsədi barədə danışan diplomat bildirib ki, əsas məqsədlərindən biri Rumıniyanın Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin inkişaf etdirilməsi məsələlərini müzakirə etmək idi: “Səfər çərçivəsində çox faydalı görüşlər keçirdim, qarşılıqlı müzakirələr apardıq. Ümumi fikrimiz belədir ki, biz ticarət əlaqələrinin inkişafı, qarşılıqlı investisiya qoyuluşunun artırılması, keçiriləcək biznes forumlar vasitəsilə iqtisadi-ticarət əlaqələrimizi daha da inkişaf etdirə bilərik. Bu baxımdan naxçıvanlı iş adamlarının Rumıniyaya, rumıniyalı iş adamlarının isə Naxçıvana səfərlərinin təşkil olunması müsbət nəticələr verə bilər”.
Muxtar respublikadakı ali təhsil ocaqlarında keçirdiyi görüşlər barədə də danışan Daniel Kristian Çiobanu bu görüşlərdən razı qaldığını bildirib: “Bilirsiniz ki, Rumıniya səfirliyi həm də NATO-nun Azərbaycanda əlaqələndiricisidir. NATO ilə Azərbaycan arasındakı əlaqələr bu gün strateji əməkdaşlıq səviyyəsinə yüksəlib. Çox yaxşı dialoq mühiti mövcuddur. Mən Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində “Azərbaycan -NATO əlaqələri” mövzusunda məruzə ilə çıxış edərkən bu məsələlərə toxundum. Hər iki universitetdə tədbirimiz çox gözəl diskussiya şəraitində keçdi. Tələbələr çox fəal idilər. Ümumiyyətlə, naxçıvanlı tələbələr məlumatlı, hazırcavab və biliklidirlər”.
 




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info