Ermənistan prosesi yalnız özü bildiyi formada təhrif edir
Tarix: 15.04.2016 | Saat: 00:56:00 | E-mail | Çapa göndər


“Ermənistan tərəfi həmişə olduğu kimi, bu dəfə də danışıqlar prosesini yalnız özü bildiyi formada təhrif edib. Danışıqlar prosesinin mahiyyətinin təhrif edilməsi və birtərəfli qaydada təqdim edilməsi cəhdləri Ermənistanın münaqişənin həllinə qeyri-ciddi və destruktiv yanaşmasının daha bir göstəricisidir”.
Bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən münaqişə tərəfi olan Ermənistan və Azərbaycanın razılığı ilə ATƏT-in baş katibinin depozitarisinə təqdim olunan sənədin, bu xüsusda yenilənmiş Madrid Prinsiplərinin qüvvədən düşdüyünü iddia etmək hər hansı məntiqə sığmır. Münaqişənin həlli ilə əlaqədar Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətə bəllidir. Elmar Məmmədyarov bildirib ki, BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin tələblərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələri işğal olunmuş bütün Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalı, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilməlidir. Bu prinsiplər əsasında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamaq üçün Azərbaycan hazırlığını dəfələrlə ifadə edib. “Aprelin 2-dən Ermənistanın qoşunlarının təmas xətti boyunca başladığı təxribat və hərbi avantüra bir daha nümayiş etdirdi ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir və regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir. Bu, eyni zamanda, regionda sülhün nə qədər kövrək olduğunu göstərdi”, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib. Nazir vurğulayıb ki, çox güman, Ermənistanda bəzi şəxslər regionun hələ də keçən əsrin 90-cı illərində olduğunu düşünür. Region əsaslı dərəcədə dəyişib. Göründüyü kimi, Ermənistandan fərqli olaraq, Azərbaycanın timsalında region ölkələri beynəlxalq və regional səviyyədə daha yetkin siyasi və iqtisadi siyasət yürüdürlər. Elmar Məmmədyarov deyib ki, Ermənistan rəhbərliyi öz işğalçı qoşunlarının nə qədər tez işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu dərk edərsə, regionda sülh və sabitlik bir o qədər tez təmin oluna bilər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info