Abşeronda işə başlayacaq özəl müəssisələrdə 620-dək yeni iş yeri açılacaq
Tarix: 15.04.2016 | Saat: 01:05:00 | E-mail | Çapa göndər


Ötən üç ayda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Abşeron rayonunda fəaliyyət göstərən sahibkarlara 6 investisiya layihəsi üzrə 6 milyon 135 min manat güzəştli kredit verilib.
Cari ilin birinci rübündə rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 21,7 milyon manata çatıb. Sənaye müəssisələrində işləyənlərin sayı 6110 nəfər olub, çalışan işçilərin orta aylıq əməkhaqqı isə 386,4 manat təşkil edib. Bu faktlar dünən Abşeron rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağında səsləndirilib. Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qeyd edib ki, ötən üç ayda rayonda abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. 2016-cı ilin üç ayında dövlət qurumları və özəl müəssisələr üzrə rayonda 780 yeni iş yeri yaradılıb. Bundan əlavə, yaxın günlərdə rayonda istehsal, emal, ticarət, xidmət və digər sahələr üzrə bir çox özəl müəssisələrin fəaliyyətə başlaması və 620-dək əlavə yeni iş yerinin açılması gözlənilir. Diqqətə çatdırılıb ki, rüb ərzində rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çox - 377 hektar sahədə tərəvəz əkilib. Rayon büdcəsinə yerli gəlirlər hesabına nəzərdə tutulduğundan 202 min manat əlavə vəsait daxil olub. Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 440 ailəyə ünvanlı sosial yardım təyin edilib, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində bir çox işlər görülüb. Yığıncaqda ayrı-ayrı sahələr üzrə də hesabat verilib, qarşıda duran məsələlər müzakirə olunub. Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul edilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info