Ədliyyə Nazirliyindən yeni elektron xidmət
Tarix: 15.04.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Sərhədkeçməyə dair qadağa qoyulan vətəndaşların mobil telefonlarına qısa mesaj göndəriləcək

Ədliyyə Nazirliyi yeni elektron xidmət təqdim edib. Bununla bağlı dünən Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Dövlət reyestrləri idarəsinin rəisi Ağakərim Səmədzadə mətbuat konfransı keçirib.
A. Səmədzadə bildirib ki, Qüvvədən düşmüş sənədlərin dövlət reyestrində toplanılan informasiya əsasında fiziki və hüquqi şəxslərin məlumatlandırılması xidməti təşkil olunub. Ölkə başçısının 2007-ci il 12 mart tarixli fərmanına əsasən Qüvvədən Düşmüş Sənədlərin Dövlət Reyestri yaradılıb və bir sıra dövlət orqanları tərəfindən verilən və hüquqi qüvvəsini itirən 10 milyondan artıq sənəd reyestrə daxil edilib. Məlumatlandırma xidməti çərçivəsində vətəndaşlara şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş, xidməti və diplomatik pasportların, sürücülük vəsiqəsinin, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin, notariat qaydasında təsdiq edilən etibarnamələrin, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin qüvvədən düşməsi barədə məlumat veriləcək. Yeni xidmət hüquqi və fiziki şəxslər üçün həmin məlumatın daha rahat və operativ əldə edilməsini təmin edərək öz sənədlərinin hüquqi statusu barədə daim məlumatlı olmasına, hüquqi qüvvəsini itirmiş sənədlərin vaxtında dəyişdirilməsinə şərait yaradacaq. Bundan başqa, yeni xidmət çərçivəsində məhkəmə qərarlarının icra olunmaması ilə əlaqədar sərhədkeçməyə dair qadağaların qoyulması və onların aradan qaldırılması barədə məlumatın ötürülməsi imkanı da yaradılıb. Həmin xidmət vətəndaşın məhkəmə tərəfindən çıxarılan qərar barədə məlumatın vaxtında əldə edərək, onun icrası və qadağanın aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə imkan verəcəkdir.Ölkədə fəaliyyət göstərən mobil operatorlarla razılıq əldə olunaraq yuxarıda göstərilən məlumatlar onların yaranmasına səbəb olan hallar baş verdikdən dərhal sonra şəxsin adına olan və hazırda istifadə edilən mobil telefonlarına göndəriləcək. Hər bir şəxsə göndərilən ilk məlumatlandırma mesajı ödənişsiz olacaq və ona belə məlumatın daim alınması təklif ediləcək. Sistemin abunəçisi olan şəxslər bundan sonra belə məlumatları aldıqda öz mobil operatorlarına yalnız qısa mesaj xidmətinə görə haqq ödəyəcəklər.
Qeyd edək ki, hazırda ədliyyə orqanları tərəfindən 22 elektron xidmət aparılır. Son iki il ərzində nazirliyin elektron xidmətlərindən istifadələrin sayı 1 milyonu ötüb. Ədliyyə qurumları, həmçinin ölkə Prezidentinin bilavasitə təşəbbüsü ilə yaradılaraq Azərbaycan brendinə çevrilmiş "ASAN xidmət" mərkəzlərində insanlara yüksək keyfiyyətli xidmətlər göstərir, 8 milyondan artıq insanın faydalandığı “ASAN xidmət” çərçivəsində 2 milyona yaxın əməliyyat məhz ədliyyə işçiləri tərəfindən həyata keçirilib. Ədliyyə Nazirliyinin elektron xidmətlərindən nazirliyin rəsmi internet saytı (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalı vasitəsilə yararlanmaq mümkündür. Burada vətəndaşlar notariat, qeydiyyat, icra fəaliyyətinə dair məlumat xarakterli və interaktiv elektron xidmətlərdən istifadə etmək, habelə nazirliyə elektron qaydada müraciət etmək imkanına malikdirlər.A.Səmədzadə deyib ki, Ədliyyə Nazirliyinin hazırda təqdim etdiyi elektron xidmətlər sırasında yer alan Azərbaycan adları barədə məlumat elektron xidməti vasitəsi ilə valideynlər uşaqlarına ad qoyarkən seçəcəkləri adın mənası, adla bağlı mövcud statistika barədə məlumat əldə edə bilərlər. Digər elektron xidmət Dövlət Notarial Arxivindən sənədlərin əldə edilməsi ilə əlaqədardır. Vətəndaşlar elektron qaydada müraciət edə və müvafiq sənəd hazır olanda idarədən onu götürə bilərlər. Vətəndaşların fərdi identifikasiya nömrəsi barədə məlumatları da əldə edə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info