Qubada yeni tingçilik təsərrüfatı yaradılıb
Tarix: 15.04.2016 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Qubada intensiv bağçılığın inkişaf etdirilməsi məqsədilə yeni tingçilik təsərrüfatı yaradılıb.
Rayonun Zərdabi qəsəbəsində yerləşən Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə stansiyasında yaradılan tingçilik təsərrüfatında Türkiyə və Belarus təcrübəsindən istifadə olunur. Hazırda təsərrüfatda xarici ölkələrdən gətirilən tinglərin əkilməsi üçün nəzərdə tutulan sahənin hazırlanması işləri aparılır.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Babakişi Quliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, torpağın münbitliyini təmin etmək və alaq otlarının qarşısını almaq məqsədi ilə əvvəlcə tinglərin basdırılacağı zolaqların üzərinə xüsusi parça örtük sərilir. Müəyyən müddətdən sonra həmin tinglər xüsusi texnologiya vasitəsilə örtükdən açılmış dəliklərdən torpağa basdırılacaq. Bu qaydada əkin tinglərin qısa müddətdə kök atmasına imkan yaradır.
B.Quliyev bildirib ki, ilkin mərhələdə 5 hektar sahədə 400 min tingin əkilməsi nəzərdə tutulub. Yeni yaradılan təsərrüfatda əkiləcək müxtəlif sort alma, armud, albalı, ərik və gavalı tingləri Türkiyədən gətirilir. Bu təsərrüfatda əkilən tinglər bir ildən sonra yeni salınan meyvə bağlarına köçürüləcək. Bu texnologiya ilə salınan bağlarda hər hektara görə məhsuldarlıq 50-60 tona çatır. Ənənəvi üsulla əkilən bağlarda isə bu göstərici 20-24 tondur.
Qubada yaradılan yeni tingçilik təsərrüfatı inkişaf etdikdən sonra başqa ölkələrdən ting gətirilməsinə ehtiyac qalmayacaq.
Yaxın gələcəkdə Azərbaycanın şimal bölgəsində 700 hektar sahədə müasir tipli intensiv meyvə bağının salınması nəzərdə tutulub. Quba-Xaçmaz iqtisadi regionu üzrə “Müasir tipli meyvə bağlarının salınması vasitəsilə ailə-fermer təsərrüfatlarının dəstəklənməsi”nə dair pilot layihə əsasında salınacaq bağlar Quba, Qusar, Xaçmaz və Şabran rayonlarını əhatə edəcək. İntensiv becərmə texnologiyalarının tətbiq olunacağı bağlarda armud, gilas və gavalı yetişdiriləcək. Bu bağların əsas üstünlüyü ondan ibarətdir ki, burada əkilən ağacların məhsuldarlığı bir ildən sonra 8, üçüncü il 40, dördüncü il isə 100 faiz olacaq.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
Şamaxıda Nəsiminin 650 illiyinə həsr olunmuş elmi sessiya
23.06.2019
Sabah bəzi bölgələrdə 40 dərəcə isti olacaq
23.06.2019
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23.06.2019
Sabahın hava proqnozu açıqlanıb
22.06.2019
Muxtar respublikada bank sektoru uğurlu nəticələr əldə edir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info