928 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib
Tarix: 15.04.2016 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Onlardan 115 nəfəri əlilliyi olan şəxslərdir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri sırasında işsiz və işaxtaran vətəndaşların, habelə əlilliyi olan şəxslərin peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunması mühüm yer tutur. Bu istiqamətdə tədbirlərin davamı olaraq, cari ilin yanvar-mart aylarında nazirliyin xətti ilə 928 nəfər şəxs dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, elektrik montyoru, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, bərbər, toxuculuq, kulinariya və s. peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.
Onlardan 835 nəfər, o cümlədən 22 nəfər əlilliyi olan şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi kurslara, 93 nəfər isə nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul edilib.
Peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların 115 nəfəri (12,4 faiz) əlilliyi olan şəxslərdən, həmçinin 577 nəfəri (62,2 faiz) gənclərdən ibarət olub.
Yanvar-mart aylarında nazirlik tərəfindən əsasən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət olan 32465 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətləri verilib.

Qorqud







 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq
16.03.2019
Məhkum edilmiş bir sıra şəxslər əfv olundu
15.03.2019
Beşdən çox uşağı olan qadınların hər uşağına görə müavinət gələn ayın əvvəlindən artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info