Erməni ordusu indi də bir-birini qırır: 2 ölü
Tarix: 15.04.2016 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


Aprelin ilk günlərində cəbhədə törətdikləri təxribatların ağır bədəlini ödəyən Ermənistan ordusunda ajiotaj günbəgün artır. Döyüş əhval ruhiyyəsinin aşağı düşdüyü işğalçı ölkənin hərbçilərinin qorxu içində xidmət etməsi bir yana, indi də bir-birilərini öldürməyə başlayıblar.
Belə ki, Ermənistan ordusunun hərbçisi öz əsgər yoldaşlarını qətlə yetirdiyi üçün həbs edilib. Ermənistan KİV-ində yayılan xəbərə görə, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb. Məlumata görə, hadisə aprelin 6-da Ermənistanın hərbi hissələrindən birində baş verib. Belə ki, Qriqori Avetisyan və Suren Aramyan adlı hərbçilərin meyitləri artilleriya mövqeyində aşkar edilib. İstintaq idarəsinin yaydığı ilkin məlumatlara görə, hərbçi onu təhqir edən Avetisyan və Aramyanı güllələyərək öldürüb. İstintaq Komitəsi hələlik hərbçinin adının açıqlamayıb. Bununla belə ona qarşı cinayət işinin açıldığı barədə məlumat yayılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info