Xaçmazda kənd yolu əsaslı şəkildə yenidən qurulub
Tarix: 15.04.2016 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Kəndlərarası və qəsəbələrarası avtomobil yollarını yenidən quraraq vətəndaşların rahat gediş-gəlişini təmin etməklə bağlı Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kompleks tədbirlər həyata keçirilir.
Bu cür kompleks tədbirlərdən biri Xaçmaz rayonunun Ağyazı Buduq kəndinə gedən avtomobil yolunda həyata keçirilib.
Ağyazı Buduq kəndində avtomobil yolunun tikintisindən sonra açılış mərasimi keçirilib. Açılış tədbirində “Azəravtoyol” ASC-nin rəhbərliyi, cəmiyyətin tabe qurumlarının və rayon İcra hakimiyyətinin nümayəndələri, həmçinin yerli sakinlər iştirak ediblər.
Tədbir zamanı bildirilib ki, bundan öncə torpaq və çınqıl örtüklü olduğundan sözügedən avtomobil yolu ilə xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Problemlə bağlı vətəndaşların “Azəravtoyol” ASC-nə çoxsaylı müraciətləri nəzərə alınaraq bir müddət bundan öncə 2,5 kilometrlik yolun əsaslı şəkildə yenidən qurulmasına işlərinə start verilmişdi. Tikinti işləri qısa müddət ərzində yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Aparılan əsaslı yenidənqurma işləri çərçivəsində yeni yol yatağı və yol əsası tikilib, karbonat materialı tökülərək kipləşdirilib. Daha sonra avtomobil yoluna 7 metr enində 2 qat olmaqla yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib, çiyinlər bərkidilib. Ümumilikdə 18 min m2 ərazinin asfaltlanması işləri həyata keçirilib. Bundan başqa avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün 3 yerdə suötürücü borular qoyulub.
“Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılan tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılıb.
 Ağyazı Buduq kəndinə yeni avtomobil yolunun tikintisi ilə iki yaşayış məntəqəsinin 2 minə yaxın əhalisinin Quba-Xaçmaz avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info