Qadınlara həsr olunmuş beynəlxalq konfrans keçiriləcək
Tarix: 15.04.2016 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


Azərbaycan ACM Bölməsi hər kəsi 30 apreldə keçiriləcək “Ada mirası: informatikada qadınlar” mövzusuna həsr olunmuş tədbirdə iştirak etməyə dəvət edir. ACM-W Avropanın dəstəyi ilə informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2016” konfransı ərəfəsində keçiriləcək bu tədbir saat 14.00-da, ADA Universitetinin böyük konfrans zalında başlayacaq. Daha geniş məlumatı http://azerbaijan.acm.org/womencourage ünvanından almaq mümkündür.
İngilis riyaziyyatçısı Ada Lavleys (Ada Lovelace, 1815-1852) ilk kompüter proqramçısı hesab olunur. Onun tarixi rolunu qeyd edən “Ada mirası: informatikada qadınlar” texniki sahələrdə təhsil alan və ya işləyən xanımları bir araya gətirmək, onları informatikada qadınların iştirakını təbliğ edən beynəlxalq “womEncourage 2016” konfransında iştirak etməyə həvəsləndirmək məqsədi daşıyır. Çıxışçılar qadınların informatika sahəsində peşəkar inkişaf, elmi araşdırma və innovativ sahibkarlıq imkanları barədə şəxsi təcrübələrini bölüşəcəklər. Daha sonra konfrans üçün öz layihələrini təqdim edən iştirakçılar münsiflər tərəfindən qiymətləndiriləcək, məsləhətlər alacaqlar. Tədbirin işçi dilləri Azərbaycan və ingilis dili olacaq.

İnformatika üzrə mötəbər elm və təhsil təşkilatı olan ACM-in qadınlar üzrə şurası ACM-W beynəlxalq “womEncourage” konfransının sponsorudur. Builki konfrans 12-13 sentyabr Avstriyanın Lints şəhərində, İohann Kepler Universitetində keçiriləcək. Bakıdakı tədbirdə çıxış edəcək ACM-W Avropanın sədri, Bilkent Universitetinin müəllimi Reyyan Ayfer söyləyir: “Bu konfransın məqsədi informatikada öz nailiyyət və təcrübələrini təqdim etmək və bölüşmək üçün bakalavr, magistr və dokotrantura tələbələri, habelə tədqiqatçı və peşəkarları bir araya gətirməkdir”.

“womEncourage” tələbə və aspirantları informatikanın istənilən istiqaməti üzrə öz tədqiqatlarını poster şəklində təqdim etməyə dəvət edir. Posterləri qəbul olunmuş xanımlara konfransda qeydiyyat haqqını da əhatə edən səfər təqaüdü təqdim olunacaq. Müraciət etmək üçün son tarix 9 may 2016-cı ildir. Konfrans barədə daha geniş məlumatı http://womencourage.acm.org/ ünvanından almaq olar.

Əgər posterinizi göndərməzdən əvvəl “Ada mirası: informatikada qadınlar” tədbirində peşəkar münsiflər heyətinin rəyini öyrənmək istəyirsinizsə, 28 aprel, saat 18.00-a qədər http://azerbaijan.acm.org/womencourage səhifəsindəki formanı dolduraraq göstərilən e-poçt ünvanına yollayın. Azərbaycan ACM Bölməsi icraçı şurasının üzvü, elektron xidmətlər üzrə mütəxəssis Ulduzə Xəlilova izah edir: “Ümid edirik ki, münsiflərin rəyi Azərbaycandan göndərilən posterlərin qəbul olunmasına kömək edəcək. Çalışacağıq ki, ən yaxşı təqdimatçıların posterləri qəbul olunmazsa belə onların konfransda iştirakı üçün təqaüd ayıraq”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.02.2019
Yaxın günlərdə Azərbaycanda ilk “DOST” mərkəzi açılacaq
18.02.2019
“ASAN xidmət”in səyyar avtobusunun növbəti dayanacağı Biləsuvar olub
18.02.2019
Bu günədək 3758 şəhid üzrə 5144 vərəsəyə birdəfəlik ödəmə verilib
18.02.2019
Səyyar “ASAN xidmət” davam edir
15.02.2019
“Təqaüdlərin artırılması dövlətin tələbə gəncliyə göstərdiyi böyük qayğının daha bir əməli ifadəsidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info