Qazaxda 300 nəfəri işlə təmin edəcək 2 zavod inşa olunur
Tarix: 15.04.2016 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


Qazax Rayon İcra Hakimiyyətində rayonun birinci rübdə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı şura iclası keçirilib.
Şura iclasında rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərovun hesabat məruzəsi dinlənilib.
Məruzədə qeyd olunub ki, cari ilin birinci rübündə rayon üzrə əsas kapitala yönəldilən investisiyaların həcmi 400 min manat, ümumi məhsul buraxılışının həcmi 26 milyon 214 min manat olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur. Sənaye məhsulunun ümumi həcmi 3 milyon 150 min manat, (keçən ilə nisbətən 0,4 faiz çox), kənd təsərrüfatı məhsullarının həcmi isə 9 milyon 120 min manat (ötən ilə nisbətən 1,8 faiz çox) təşkil edib. Adambaşına düşən ümumi məhsulun həcmi 277 manat, orta aylıq əməkhaqqı isə 275 manat olub.
Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə 5 yeni müəssisə yaradılıb, 177-si daimi olmaqla, 665 yeni iş yeri yaradılıb. Cari ilin 3 ayı ərzində Qazax Məşğulluq Mərkəzinə 8 dövlət və 1 qeyri-dövlət müəssisəsindən 269 boş iş yeri təqdim edilib, müraciət etmiş 1470 nəfər vətəndaşlardan 685 nəfəri iş axtaran kimi qeydiyyata alınıb, 623 nəfər münasib işlə təmin olunub.
Hesabat dövründə qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına uyğun olaraq, Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində 304 məcburi köçkün ailəsi üçün bütün infrastrukturlarla birlikdə yeni qəsəbənin tikintisi başa çatdırılıb. Hazırda həmin binalarda mənzillə təmin olunan qaçqın və məcburi köçkün ailələri mənzillərə köçürülür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ və şəhid ailələri üçün fərdi qaydada tikilməsi nəzərdə tutulan 14 yaşayış evindən 8-i istifadəyə verilib, 6 yaşayış evinin tikintisi davam etdirilir. Daş Salahlı və Xanlıqlar kəndlərində hər birinin illik istehsal gücü 50 min ton olan iki əhəng zavodu inşa olunur. Həmin zavodlarda 300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.
Həmçinin Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq və Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermalarının tikintisi də davam etdirilib.
İclasda qarşıda duran vəzifələrdən də danışılıb, problemlərin həlli yolları müzakirə olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info