Üç ayda Şəkidə 825 nəfər daimi işlə təmin olunub
Tarix: 15.04.2016 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Birinci rübdə Şəki rayonunda 62 milyon 459 min manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artıb. Buraxılan məhsulun 8,6 faizi dövlət mülkiyyətinin, 91,4 faizi isə özəl bölmənin payına düşür. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2,2 faiz artaraq, 98 milyon 967 min manat olub. Bu müddət ərzində rayonda 825 nəfər daimi işlə təmin olunub.
Bu faktlar Şəki Şəhər İcra Hakimiyyətinin başçısı yanında şuranın geniş iclasında səsləndirilib.
Cari ilin birinci rübündə rayonda görülən işlərin və qarşıda duran vəzifələrin ətraflı təhlil olunduğu iclasda bildirilib ki, ötən üç ayda rayon əhalisinin aztəminatlı təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, 627 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilməklə, yardım alan ailələrin ümumi sayı 2169-a çatdırılıb.
Qeyd olunub ki, Şəki tarixən Azərbaycanın ən inkişaf etmiş aqrar rayonu kimi tanınıb. Taxılçılıq, heyvandarlıq, üzümçülük, bağçılıq, həmçinin tütünçülük və baramaçılıq rayonda kənd təsərrüfatının əsas sahələrini təşkil edib. Hazırda ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi üçün zəruri tədbirlər həyata keçirilir. 2016-cı ildə rayonda 730 hektar sahədə tütün əkini planlaşdırılır. Artıq istehsalçılarla “İnter-Tobacco” MMC arasında 551 hektar sahədə tütün əkini ilə bağlı müqavilə bağlanılıb. Bundan əlavə, 180 hektar sahədə iriyarpaqlı tütün sortlarının əkini üçün hazırlıq işləri aparılır.
Rüb ərzində aqrar sahədə məhsul istehsalının artırılması üçün zəruri tədbirlər həyata keçirilib, 2016-cı ilin məhsulu üçün payızlıq taxıl əkilmiş 67 min 373 hektar sahəyə aqrotexniki qulluq olunub.
Hesabat məruzəsində birinci rübdə əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən də bəhs edilib. Bildirilib ki, ötən dövrdə rayonun 15 yaşayış məntəqəsinin qazlaşdırılması istiqamətində işlər davam etdirilib, 2 kənd, o cümlədən 1898 abonent təbii qazla təmin olunub. “Azərişiq” ASC-nin “Şimal-Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsi Şəki Elektrik Şəbəkəsinin yeni inzibati binası istifadəyə verilib.
İclasda, həmçinin birinci rübdə vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı təhlil olunub, qarşıda duran vəzifələrə toxunulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info