Magistrlər xaricdə təhsil ala biləcəklər
Tarix: 15.04.2016 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Təhsil naziri Mikayıl Cabbarov Moskvaya səfəri çərçivəsində Rusiyada təhsil alan azərbaycanlı gənclərlə görüşüb. Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə Rusiyanın aparıcı təhsil müəssisələrində oxuyan 50-dən çox tələbə, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları iştirak ediblər.
Nazir gənclərə Azərbaycan ilə Rusiya arasında sıx iqtisadi və humanitar əlaqələrdən, ölkəmizdə son illər iqtisadi və siyasi sahələrdə qazınılan nailiyyətlərdən, rus dilində təhsilin inkişafı və digər mühüm məsələlərdən danışıb.
Mikayıl Cabbarov tələbələrin suallarına cavab verərək xarici ölkə ali məktəblərinin diplomlarının Azərbaycanda tanınması məsələsinə də toxunub. O bildirib ki, bəzi ali məktəblərin verdikləri diplomların legitimliyi sual doğurur. Bu sahədə qanunvericilikdə dəyişiklik edilməyib. Lakin Rusiyada təhsil alıb, öz fikrini rus dilində ifadə edə bilməyən məzunun diplomu təsdiq edilməyəcək və yalnız öz ölkəsində akkreditasiyadan keçmiş ali məktəbin diplomu Azərbaycanda tanına bilər. Nazirlikdə diplomların tanınması ilə məşğul olan xüsusi idarə yaradılıb və bu proses tam elektron şəkildə həyata keçirilir.
Nazir, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda təxminən 3 minə yaxın xarici vətəndaş təhsil alır və onların yarısından çoxu Çindən gəlib. Rusiya vətəndaşı olan azərbaycanlıların da ölkəmizdə təhsil alması üçün heç bir maneə yoxdur.
Nazir Azərbaycanda həyata keçirilən xaricdə təhsil proqramına da münasibət bildirərək deyib ki, bu il proqramın həyata keçirilməsi dayandırılır və artıq proqramın yeni formatı hazırlanır. Yeni proqrama uyğun olaraq xaricə, əsasən PHD və magistr səviyyəsində təhsillərini davam etdirmək istəyən gənclər göndəriləcək və eyni zamanda, dünyanın aparıcı ali təhsil müəssisələrindən professor-müəllim heyəti cəlb olunacaq.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info