Ağ evin saytına yerləşdirilən petisiya çərçivəsində APU-da görüş keçirilib
Tarix: 15.04.2016 | Saat: 20:00:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak ObamaAdministrasiyasına ünvanlanan Dağlıq Qarabağa dair "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" petisiya çərçivəsində Azərbaycan Pedoqoji Universitetinin tələbələri ilə görüş keçirilib. 
Universitetin rektoru Yusif Məmmədov "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə"  petisiyalayihəsinin əhəmiyyətindən, AVCİYA rəhbərliyinin beynəlxalq fəaliyyətindən danışıb. Y. Məmmədov rəhbərlik etdiyi universitetin tələbələrini petisiyalayihəsinin səsverməsində fəal olmağa çağırıb. AVCİYA-nın sədri, millət vəkiliElxan Süleymanov bildirib ki, Ağ Evin saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı petisiyanı imzalayanların sayı 120 mini keçib: "Sülhsevər xalqları erməni cinayətkarlarını ifşa etməyə çağırıram. Bizim başladığımız layihənin hər bir səsi ədalətə verilən səsdir. Bu petisiyanın əhəmiyyəti misilsizdir. Səs sayı 120 mini keçib, amma bu say milyonlar olmalıdır. Gəncləri bizim haqq səsimizə səs verməyə çağırıram”.
Assosiasiya sədri bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.
Səsvermə mayın 6-dək davam edəcək. 
Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır. 
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info