Qaxda gündəlik istehsal gücü 30 ton olan fındıq emalı müəssisəsi tikiləcək
Tarix: 15.04.2016 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Bu ilin birinci rübündə Qax rayonunda 17 milyon 229 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 faiz çoxdur. Hesabat dövründə aqrar sahədə məhsul istehsalı 12 faiz, tikintidə 9,6 faiz, nəqliyyatda 2,4 faiz, rabitədə 6 faiz, ticarət sahəsində isə 19 faiz artıb. Müddət ərzində əhalinin gəlirləri 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 726 min manat artaraq, 21 milyon 452 min manat olub. İlin birinci rübündə rayonda 153 yeni iş yeri açılıb. Bu faktlar 2016-cı ilin birinci rübünün yekunları ilə bağlı aprelin 15-də Qax Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda hesabat məruzəsində səsləndirilib.
Bildirilib ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev tərəfindən yerli icra hakimiyyəti orqanları qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədi ilə rayonda qərargah və işçi qrupları yaradılıb, tədbirlər planı tərtib edilib. Tədbirlər planında rayonda kənd təsərrüfatı məhsulları istehsalının genişləndirilməsi, ənənəvi sahələrdən olan tütünçülüyün və baramaçılığın inkişaf etdirilməsi, faraş tərəvəz və kartof istehsalının artırılması əsas vəzifə olaraq qarşıya qoyulub.
Diqqətə çatdırılıb ki, artıq bu istiqamətdə müvafiq işlərin görülməsinə başlanılıb. Hazırda təsərrüfatlarda yazlıqların əkini davam etdirilir. İstixanalarda yetişdirilən tütün şitilləri yaxın günlərdə sahələrə köçürüləcək.
İlin birinci rübündə rayonda heyvandarlıq məhsulları istehsalının intensiv inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb, 695 baş inək-düyə süni yolla mayalandırılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 1,2 ton, süd istehsalı 2,6 ton, yumurta istehsalı isə 6 min ədəd artıb. Rayon əhalisinin quş əti ilə təmin olunması məqsədi ilə Almalı kəndində əmtəəlik quşçuluqla məşğul olan 2 ailə təsərrüfatı yaradılıb.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, birinci rübdə Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin tikintisinə başlanılıb və hazırda işlər davam etdirilir. Qorağan kəndində gündəlik istehsal gücü 30 ton olan ixracyönümlü fındıq emalı müəssisəsinin tikintisi ilə bağlı layihələndirmə və sənədləşmə işləri aparılır.
Bildirilib ki, hesabat dövründə rayon ərazisində ekoloji durumun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, 15 hektar sahədə yeni meşəlik salınıb, inzibati ərazi dairələrində 5800, magistral avtomobil yollarının kənarında isə 2500 ədəd ağac əkilib.
Hesabat məruzəsində, həmçinin birinci rübdə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su və digər xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində görülən işlərdən bəhs olunub. Qeyd olunub ki, hesabat dövründə Tasmalı və Zəyəm kəndlərinə təbii qazın verilməsi təmin edilib. Rayon Elektrik Şəbəkəsi tərəfindən 56 kilometr uzunluğunda hava xətti, 26 transformator yarımstansiyası əsaslı təmir olunub, qəzalı vəziyyətdə olan 110 elektrik dayağı yenisi ilə əvəzlənib. Rayon əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə 13 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılıb.
Yığıncaqda birinci rübdə əhalinin aztəminatlı təbəqəsinə sosial müavinət, pensiya və təqaüdlərin verilməsi, vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılması sahəsində görülən işlər ətraflı müzakirə edilib, qarşıda duran vəzifələrə toxunulub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb
13.11.2018
Külli miqdarda siqareti yanacaq çənində gizlətdi
13.11.2018
Yeni ildə yaxınlarınıza İSMA Bikes hədiyyə edin
13.11.2018
“Azərçay” və “Bizim Tarla” Lənkəran “Çay, çəltik, sitrus festivalı“nda
13.11.2018
Sığorta şirkətinin yığımları 12 mln. manata çatdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10464

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info