Vilmars Xeninş: “Latviya Seymi Azərbaycanın mövqeyinə şərikdir”
Tarix: 15.04.2016 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Dünən Latviya Xarici İşlər Nazirliyində XİN-in ikitərəfli əlaqələr üzrə 1-ci departamentinin direktoru Vilmars Xeninş ilə Azərbaycanın Latviyadakı səfirliyinin müşaviri Gəray Muradovun görüşü olub.
Görüşdə G.Muradov aprelin 2-də Dağlıq Qarabağda qoşunların təmas xəttində vəziyyətin kəskinləşməsi barədə latviyalı həmkarına məlumat verib. Qeyd edilib ki, aprelin 5-də atəşin dayandırılması barədə razılaşma elan edilməsinə baxmayaraq, erməni tərəfi qoşunların bütün təmas xəttində həmin razılaşmanı daim pozur. Səfirliyin müşaviri Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi barədə Azərbaycan Ombudsmanının bəyanatını V.Xeninşə təqdim edib. Bəyanatda deyilir ki, Azərbaycan yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dinc sakinlər, o cümlədən qadınlar, uşaqlar və yaşlılar həlak olub və yaralanıb. Azərbaycanlı diplomat Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətin həyata keçirilməsi barədə məlumatlar təqdim edib. Diqqətə çatdırılıb ki, görülmüş işlər və dünya ictimaiyyətinin məlumatlandırılması nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində bir sıra hüquqi şəxslərin qanunsuz fəaliyyətinin qarşısı alınıb. Latviya XİN departamentinin direktoru Vilmars Xeninş deyib ki, onun ölkəsinin xarici siyasət idarəsi öz vətəndaşlarına Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlərdən imtina etməyi tövsiyə edir və şəxsi səfərlər Dağlıq Qarabağ məsələsində Latviyanın rəsmi mövqeyini əks etdirmir. G.Muradov Latviya Seyminin deputatı S.Potapkinin Dağlıq Qarabağa qeyri-qanuni səfəri ilə əlaqədar Azərbaycan XİN-in rəsmi notasını təqdim edib. V.Xeninş bu səfərlə əlaqədar Azərbaycanın mövqeyi ilə həmrəy olduğunu bildirərək vurğulayıb ki, Dağlıq Qarabağ məsələsində Latviyanın mövqeyi dəyişməz qalır. Diplomat bildirib ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib. V.Xeninş diqqətə çatdırıb ki, Latviya Azərbaycan XİN-in Seymin deputatının Dağlıq Qarabağa qeyri-qanuni səfəri barədə notası ilə əlaqədar öz rəsmi mövqeyini təsdiq edəcək.




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
24.05.2019
“Amnesty International“ idmanın siyasiləşdirilməsi istiqamətində ermənilərlə ortaq taktika həyata keçirir
24.05.2019
Nikol Paşinyan Qarabağ klanından qorxduğu üçün oğlunu təhlükəsiz yerə köçürüb
24.05.2019
Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24.05.2019
“Çimərlikdə qadağanedici şarları keçmək olmaz”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info