BMT-nin baş katibi “İŞİD” silahlılarının sayını açıqlayıb
Tarix: 15.04.2016 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


BMT-nin baş katibi Pan Gi Mun dünyanın müxtəlif ölkələrindən on minlərlə insanın “İŞİD” terror qruplaşmasının sıralarına qatıldığını bildirib. “RİA Novosti”nin xəbərinə görə, bunu Pan Gi Mun BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“İŞİD”-in İraq və Suriyada həyata keçirdiyi kampaniyaya dünyanın müxtəlif ölkələrindən 30 mindən çox insan qatılıb. Bu əcnəbi silahlılar qayıtdıqda, öz ölkələri ilə yanaşı digər ölkələrə də böyük təhlükə yaradır”, - deyə BMT-nin baş katibi qeyd edib. Onun sözlərinə görə, “İŞİD” internet və sosial şəbəkələr vasitəsilə gəncləri radikallaşdırmaq və sıralarına cəlb etmək bacarıqlarına malik olduğunu nümayiş etdirib. Pan Qi Mun qeyd edib ki, BMT-yə üzv olan ölkələr “İŞİD”-in neft və qaz qaçaqmalçılığı vasitəsilə maliyyələşməsinin, mədəni irsə aid əşyaların satışının, pul tələb etmək məqsədi ilə insanların girov götürülməsinin və xaricdən maliyyələşdirilməsinin qarşısını almalıdırlar. BMT baş katibi həmçinin terrorçuları gəncləri sıralarına cəlb etmək məqsədilə internetdən istifadə etmək imkanından məhrum edilməsinin vacibliyini qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info