“Azərbaycan öz iqtisadiyyatını inkişaf etmiş iqtisadiyyata çevirmək niyyətindədir”
Tarix: 16.04.2016 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Avrasiyada aparıcı ticarət, nəqliyyat və logistika mərkəzinə çevriləcək”

ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq Azərbaycana səfəri çərçivəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” ilə tanış olub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru T.Ziyadov qonağa bildirib ki, hazırda Azərbaycanın iqtisadi siyasətinin əsas prioriteti qeyri-neft sektorunun inkişafıdır. Bu sahənin ən proqressiv layihələrindən biri isə Bakı Limanı və onun ətrafında yaradılacaq Azad Ticarət Zonasıdır (ATZ). Baş direktor Prezidentin sərəncamına əsasən yaradılan ATZ haqqında qonağa məlumat verib. ABŞ rəsmisinin diqqətinə çatdırılıb ki, ATZ-nin yaranması ilə Yeni Bakı limanı ətrafında nəqliyyat və logistika infrastrukturu qurulacaq, neft-kimya və farmasevtik sahələr yaradılacaq, müxtəlif çeşiddə malların istehsalı, qablaşdırılması, markalanması və sair kimi işlər həyata keçiriləcək. T.Ziyadov Bakı Limanından aşırılan yüklərin 85 faizinin tranzit yüklər olmasını və Limanın Çin, Mərkəzi Asiya, İran, Rusiya və Türkiyə bazarlarına yaxın olması faktını diqqətə çatdıraraq söyləyib ki, bu, Limanın Avrasiyada aparıcı ticarət, nəqliyyat və logistika mərkəzinə çevrilməsini reallaşdıracaq. Taleh Ziyadov qeyd edib ki, qabaqcıl texnologiyalara sahib olan şirkətləri Azərbaycana dəvət edib Azad Ticarət Zonada fəaliyyət göstərməsinə çalışırıq. O bildirib ki, ABŞ-ın həm Çində, həm Avropada, həm də Mərkəzi Asiyada fəaliyyət göstərən çox nəhəng şirkətləri var: “Biz həm ABŞ şirkətlərini, həm də regiondakı şirkətləri limanda yaradılacaq Azad Ticarət Zonasında görmək istəyirik”. Səfər zamanı Kurt Tonq “Naxçıvan” Yeni Bakı Limanı Kompleksinin birinci tikinti mərhələsi çərçivəsində artıq istifadəyə verilən bərə terminalının işi, Avropadan Mərkəzi Asiya istiqamətində hərəkət edən TIR-lar üçün yaradılan əlverişli şəraitlə, prosedurlarla, şəffaf və nümunəvi işlərlə tanış olub. ABŞ rəsmisi “Naxçıvan” gəmisində də olub. ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycan öz iqtisadiyyatını resurslardan asılı olan iqtisadiyyata yox, inkişaf etmiş iqtisadiyyata çevirmək niyyətindədir. Onun sözlərinə görə, iqtisadiyyatın inkişafında Bakı Limanının oynadığı rol çox vacibdir: “Bakı Limanının rolu çox önəmlidir. Ancaq unutmamalıyıq ki, limanın rolunun daha da artması üçün Xəzər dənizinin sahillərində yerləşən dövlətlərin iqtisadiyyatı inkişaf etməlidir. Bu isə onların daxilində mövcud olan bazarların inkişafından asılı olan bir məsələdir. Müxtəlif dövlətlərdə mövcud olan bazarlar inkişaf etdikdə əmtəənin sayı artır və bu da limanın rolunu əhəmiyyətli edir”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Belarusa səfər Prezident İlham Əliyevin xarici siyasət istiqamətində növbəti uğurudur”
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info