“Ermənistan qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmalıdır”
Tarix: 16.04.2016 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


“İslam Əməkdaşlıq Təşkilatının İstanbul sammiti Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünü pisləyən qəti mövqeyini bir daha təkrarlayıb, ərazilərin güc yolu ilə əldə edilməsinin BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğunu təsdiqləyib və BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırıb”.
Bu barədə İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 13 zirvə konfransının yekun kommünikesində deyilir. Sənəddə münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi çərçivəsində həllinə çağırış yer alıb: “Konfrans təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılması, qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki olaraq dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərdən narahtlıq ifadə edir. Bu baxımdan konfrans üzv dövlətləri milli qanunvericiliklər əsasında tədbirlər görməyə çağırır”. Konfrans Ermənistanın mülki insanların əziyyət çəkməsi, məscidlərə hücum edilməsi, dua edən insanların ölümü və sosial-iqtisadi infrastrukturun dağıdılması ilə nəticələnən davamlı hücumlarını qınayıb: “Konfrans Azərbaycanın bu hücumlara qarşı durmaq və öz əhalisini müdafiə etmək səylərini dəstəkləyir". Sənəddə Ermənistana siyasi, iqtisadi və digər vasitələrlə təzyiqin davam etdirilməsinin vacib olduğu vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info