Yaponiyada zəlzələ baş verib
Tarix: 16.04.2016 | Saat: 00:30:00 | E-mail | Çapa göndər


Yaponiyanın cənub-qərbində yerləşən Kumamoto prefekturasında güclü zəlzələ baş verib. Təkrar təkanların hələ də davam etdiyi regiondan əhali təxliyə olunub. Faciə nəticəsində 9 nəfərin həlak olduğu bildirilir.
NHK televiziya kanalının avtomatik kameralarının çəkdiyi görüntülərdə 6,5 bal gücündə zəlzələnin axşam saat 21:30-da qeydə alındığı bildirilir. Güclü təkanlar nəticəsində mühüm mədəniyyət obyekti hesab olunan Kumamoto qəsrinin hasarının müəyyən hissəsi uçub. NHK-nın kamerasının qeydə alındığı görüntülərdə qəsrin yaxınlığında yerləşən müxbir məntəqəsində divarların silkələndiyi aydın görünür. Prefekturanın rəsmi nümayəndələri bildiriblər ki, günortaya kimi 1000-ə yaxın şəxsə tibbi yardım göstərilib. Həlak olanlardan birinin uçmuş divarlar altında qaldığı, digərinin isə yanğın nəticəsində dünyasını dəyişdiyi bildirilir. Həmin regionda 120-dən çox təkrar təkan qeydə alınıb. Bu təkanlar binaların daha çox ziyan çəkməsinə səbəb olub. Yerli qaz, su, elektrik enerjisi şirkətləri mindən çox ailənin susuz, işıqsız və qazsız qaldığını bildirib. Sürətli “Şinkansen” qatarlarının hərəkətində fasilə yaranıb. Rəsmi nümayəndələrin sözlərinə görə, prefekturadan 45 minədək insan təxliyə olunub. Şəhər hakimiyyət orqanları öz qərargahlarını təxliyə mərkəzlərinə köçürməli olublar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info