Gürcüstanda ilk dəfə yeraltı qaz anbarı inşa olunacaq
Tarix: 16.04.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Anbarın maliyyələşdirilməsi və tikintisində SOCAR-ın iştirakı gözlənilir

“Gürcüstanda ilk dəfə yeraltı qaz anbarı inşa olunacaq. Anbar Azərbaycan qazı hesabına doldurulacaq”. Bu barədə yeraltı qaz anbarının texniki-iqtisadi göstəricilərinin layihəsinin təqdimat mərasimində məlumat verilib.
Təqdimat mərasimində Gürcüstan Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, Gürcüstan Neft Qaz Korporasiyasının baş direktoru David Tvalabeişvili, Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn, “SOCAR Coeorgia Petroleum” şirkətinin direktoru Mahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Bildirilib ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da ölkənin təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır. Problemi həll etmək üçün Gürcüstan hökuməti yeraltı qaz anbarının tikintisi barədə qərar qəbul edib. Anbarın texniki layihəsini Fransanın “Jeostik” kompaniyası hazırlayıb. Anbarda 210-280 milyon kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə hazırda Gürcüstanın istehlak etdiyi mavi yanacağın 15 faizini təşkil edəcək. Qeyd olunub ki, layihənin həyata keçirilməsində bir sıra şirkət, o cümlədən Azərbaycan da maraqlıdır. “SOCAR Georgia Petroleum”un rəhbəri Mahir Məmmədov bildirib ki, belə bir anbar Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunması baxımından vacibdir: “Anbarın tikintisi ilə bağlı artıq layihə hazırlanıb. Biz layihənin hazırlığı və digər məsələlərlə yaxından maraqlanmışıq, bəzi səmərəli təkliflər də vermişik. Layihələndirmə, eləcə də gələcəkdə tikinti işlərində iştirakımıza dair danışıqlar da aparmışdıq. Müəyyən razılaşmalar var və artıq bəzi sənədlər də imzalanıb”. M.Məmmədov bildirib ki, yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək. Anbarda təqribən 250 milyon kubmetr mavi yanacaq tədarük etmək mümkün olacaq. Bu bir qədər az görünsə də, Gürcüstan üçün yetərlidir. Anbar Azərbaycandan alınacaq təbii qaz hesabına doldurulacaq: “Layihədə nəzərdə tutulmuş işlər iki mərhələdə həyata keçiriləcək. Bunlardan birincisi tikinti-quraşdırma, digəri isə bu anbarın kommersiya idarəçiliyidir. Bunların ikisində Azərbaycan tərəfinin iştirakı nəzərdə tutulub”. Kaxa Kaladze layihənin hazırlanmasını yüksək qiymətləndirib: “Bu layihə bizim üçün strateji əhəmiyyətə malikdir. Biz bu layihə üçün 50 milyon dollar nəzərdə tutmuşuq. Bir neçə şirkət, o cümlədən SOCAR bu layihənin reallaşmasında maraqlıdır. SOCAR həm maliyyələşmə, həm də tikinti işlərində iştirak etmək istəyir. Hazırda bu istiqamətdə danışıqlar gedir”.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info