Gömrükçülər külli miqdarda narkotik vasitə aşkarlayıb
Tarix: 18.04.2016 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkarlayıb.
DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, Astara Gömrük İdarəsində İran İslam Respublikasından Azərbaycana daxil olan “Volvo” markalı yük avtomobilinin sürücüsü,   Belarus vətəndaşı 39 yaşlı Aleksandr Antonoviç Kuzmin  idarə etdiyi  nəqliyyat vasitəsilə  tranzit yolla  İrandan Belçikaya 20 ton 200 kq kişmiş yükü apardığını bəyan edib.
Əvvəlcədən daxil olan əməliyyat məlumatı  əsasında   Volvo markalı  avtomobil  “HCVC 6032” markalı stasionar-rentgen qurğusundan keçirilib. Avtomobildəki kişmiş yükünün arasındakı qaraltılar gömrükçülərdə şübhə doğurduğundan yükə fiziki baxış keçirilməsi qərara alınıb. Gömrük yoxlaması zamanı 1997 kişmiş qutusundan 100-də xüsusi üsulla  dördbucaq şəkildə qablaşdırılaraq qutulara yerləşdirilən  500 kiloqram narkotik vasitə heroin aşkar edilib. Avtomobilin sürücüsü yükün İran İslam Respublikasında yükləndiyini və son təyinat məntəqəsinin Belçika olduğunu, yükün içərisindəki narkotik vasitə-heroindən isə ümumiyətlə xəbərsiz olduğunu bildirib.   Aşkar edilən narkotik vasitə hal şahidlərinin iştirakı ilə qablaşdırılaraq götürülüb.Faktla bağlı araşdırma aparılır.  Xatırladaq ki, bu son 1 ayda  Azərbaycan gömrükçülərinin narkotik qaçaqmalçılığına qarşı mübarizə çərçivəsində həyata keçirdiyi  2-ci uğurlu əməliyyatdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub
19.08.2019
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək – Qaydalar təsdiqləndi
18.08.2019
Xaçmaz və Xızıya yeni polis rəisləri təyin olunub
17.08.2019
Polisdən dilənçilərlə bağlı xəbərdarlıq
17.08.2019
Bakı Tikiş Evi: Bu il də məktəbli formalarının qiymətlərində heç bir dəyişiklik edilməyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10867

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info