Ermənistan itkilərini gizlətməyə çalışır
Tarix: 18.04.2016 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyi Ermənistan mətbuatının qoşunların təmas xəttində guya Azərbaycan tərəfindən təxribat törədilməsi və cəbhənin şimal istiqamətində 2 erməni hərbçisinin yaralanmasına dair yaydığı məlumatlara münasibət bildirib. Nazirlikdən verilən məlumata görə, bu təxribat hərbi əməliyyatların dayandırılması barədə razılığın kobud surətdə pozulmasına hesablanıb.
Məlumatda deyilir: “Belə ki, beynəlxalq vasitəçilərin iştirakı ilə əldə olunmuş razılığa əsəsən, döyüş meydanında qalmış meyitlərin axtarılaraq çıxarılması prosesi aprelin 19-da səhər saatlarında məhz cəbhənin həmin hissəsində həyata keçirilməlidir.
Bu kimi məlumatları yaymaqla qarşı tərəf razılaşmanın şərtlərini növbəti dəfə pozmağa, adlarını açıqlamadıqları itkilərini gizlətməyə və prosesləri uzatmaq üçün zəmin yaratmağa çalışır.
Düşmən tərəfindən məqsədyönlü şəkildə yayılan bu xəbərin əsası yoxdur. Ötən sutka ərzində Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir əməliyyat fəaliyyəti həyata keçirilməyib. Qoşunlarımız yalnız atəşkəs rejimini pozan düşmən bölmələrinin mövqelərinə cavab zərbələri endirib.
Xəbərdə yer alan erməni hərbçilərinin yaralanması hadisəsinin isə intizamsızlıq və qarşılıqlı münasibətlərin pozulması nəticəsində baş verdiyi məlum olub”.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”
26.09.2018
Millət vəkili: Azərbaycan dünya kosmik sənayesində mövqelərini möhkəmləndirir
26.09.2018
Əli Laricani: Azərbaycan Prezidenti İlham Əliyev uğurlu xarici siyasət aparır
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info