Ədəbiyyat İnstitutunda elmi-yaradıcılıq müşavirəsi keçirilib
Tarix: 18.04.2016 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda 2015-ci ilin ədəbi yekunlarına həsr olunan “Ədəbi proses-2015” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəhbərlik etdiyi qurumda 1976-cı ildən 1984-cü ilədək ilin ədəbi proseslərinə həsr olunan yaradıcılıq müşavirələrinin keçirildiyini söyləyib.
Prezident İlham Əliyevin humanitar və ictimai elmlərin qarşısında qoyduğu ən mühüm məsələlərdən birinin Azərbaycanda müstəqillik dövrünün öyrənilməsi olduğunu söyləyən akademik İ.Həbibbəyli bu təklifin elmi ictimaiyyətin diqqətini müstəqillik dövrünün problemlərinə, onların öyrənilməsinə yönəldən əhəmiyyətli bir çağırış olduğunu vurğulayıb.
AMEA-nın vitse-prezidenti tədbirin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında gedən proseslərin, meydana çıxan şəxsiyyətlərin və yaranan janrların təhlili, ümumiləşdirilməsi və qiymətləndirilməsinə həsr olunduğunu bildirib.
Qeyd edilib ki, tədbirdə ədəbi prosesin bütün sahələrini əhatə edən, müxtəlif mövzularda 14 məruzə dinləniləcək.
Sonra AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, “Ədəbiyyat” qəzetinin baş redaktoru, yazıçı-publisist Azər Turan çıxış edərək son illər Azərbaycan ədəbiyyatında xeyli irəliləyişlərin müşahidə olunduğunu, bu inkişafın təmini istiqamətində Ədəbiyyat İnstitutunda mühüm işlərin görüldüyünü vurğulaybılar.
Tədbirdə “2015-ci ilin şeiri”, “Poemalar”, “Bölgələrdə ədəbi həyat”, “Hekayələr”, “Müasir romanlar”, “Bədii tərcümə”, “Ədəbi gəncliyin axtarışları”, “Ədəbiyyatşünaslıq (nəzəri problemlər)”, “Uşaq ədəbiyyatı (nəsr və dramaturgiya)”, “Satirik janrlar”, “Cənubda ədəbi proses” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info