“İŞİD” məhv olur?
Tarix: 18.04.2016 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


2015-ci ilin ortalarından “İŞİD” terror təşkilatının gəlirləri 30 faiz azalıb.
Bu barədə "Reuters" xəbər yayıb. Energetika sahəsində fəaliyyət göstərən "IHS Global Inc." konsaltinq şirkəti “İŞİD”in gəlirlərinin azalma səbəbini neft qiymətlərinin azalmasında görür. Şirkətin hesabatına əsasən, keçən il terror təşkilatının gəliləri 80 milyon dollar olduğu halda, bu il 56 milyon təşkil edir.
Bundan başqa, “İŞİD”in nəzarəti altında olan ərazilərdə neft hasilatı sutkaya 33 mindən 21 min barelə kimi azalıb.
Hesabatda bildirilir ki, gəlirlərinin yarısını “İŞİD” zəbt edilmiş ərazilərdə vergidən, 43 faizini neft hasilatından alır. Digər gəlirləri isə narkotik qaçaqmalçılığından, elektrik enerjisinin satışından və ianələrdən əldə edir.
"Reuters"in məlumatına əsasən, hazırda büdcə kəsiri ilə bağlı problemlərini həll etmək üçün “İŞİD” zəbt edilmiş ərazilərdə fiziki cəzalara məhkum olunanlara qərarları cərimələrlə əvəzləmək imkanı verir.
Terror təşkilatı yeni vergilər tətbiq etməyə başlayıb. Bunlardan peyk antennalarının quraşdırılması və yaşadığı ərazilərdən çıxış üçün olanı göstərmək olar.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib
22.02.2019
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info