Boksçularımız turniri 5 medal və 5 lisenziya ilə başa vurub
Tarix: 18.04.2016 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Azərbaycan boksçuları Türkiyənin Samsun şəhərində keçirilən Avropa təsnifat turnirini beş qızıl medal və beş lisenziya ilə başa vurublar. Yarışın sonuncu günündə dörd boksçumuz rinqə çıxıb. Qadınların mübarizəsində Yana Alekseyevna (60 kq) italiyalı İrma Testa ilə finalda üz-üzə gəlib. İdmançımız görüşü qələbə ilə başa vuraraq qızıl medalı aktivinə yazdırıb. Kişilərin yarışında Abdulqadir Abdullayev (91 kq) üçüncü yer uğrunda görüşdə Ukraynanı təmsil edən ermənistanlı Gevorq Manukyanla üz-üzə gəlib. Qarşılaşmada 2:1 hesabı ilə qalib gələn A.Abdullayev bürünc medalla yanaşı, Rio Olimpiadasına lisenziya qazanıb. Qeyd edək ki, hər iki boksçu “Bakı-2015” birinci Avropa Oyunlarının finalında da görüşməli idilər. Ancaq G.Manukyan zədəli olduğunu səbəb göstərərək, rinqə çıxmamışdı. Azərbaycan təmsilçilərindən Lorenso Sotomayor (64 kq) litvalı Evaldas Petrauskasa 3:1 hesabı ilə qalib gəlib. Məhəmmədrəsul Məcidov (+91 kq) isə böyük britaniyalı Jozef Yoysa uduzub - 1:2. Beləliklə, Azərbaycan boksçuları Avropa təsnifat turnirini 3 qızıl, 1 gümüş, 1 bürünc medal, habelə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 5 lisenziya ilə başa vurublar. Y.Alekseyevna və L.Sotomayordan əlavə, Cavid Çələbiyev (56 kq) də qızıl medala sahib olub. M.Məcidov gümüş, A.Abdullayev isə bürünc medal qazanıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Bu gün cüdo üzrə dünya çempionatında 81 və 63 kiloqram çəki dərəcələrində yarışlar keçiriləcək
23.09.2018
İspaniya La Liqası: “Real Madrid“ dördüncü qələbəsini qazanıb
22.09.2018
Topaz Premyer Liqası: “Neftçi“ növbəti qələbəsini qazanaraq liderliyini qoruyub
22.09.2018
İngiltərə Premyer Liqası: “Mançester Yunayted“ doğma meydanda xal itirdi
22.09.2018
Hidayət Heydərov yarımfinala yüksəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info