“Barsa”ya nə olub?
Tarix: 18.04.2016 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


“Barselona” La Liqada ardıcıl üçüncü məğlubiyyətə uğrayıb. “Real” (1:2), “Real Sosyedad”la (0:1) matçlardan sonra Luis Enrikenin komandası son olaraq “Valensiya”ya “Nou-Kamp”dakı qarşılamada (1:2) uduzub. “Barselona” bu cür acınacaqlı halla son dəfə 13 il əvvəl, 2003-cü ilin yanvar-fevral aylarında üzləşmişdi. Bundan başqa, “Barselona” çempionatın son 4 oyununda 12 mümkün xaldan cəmi 1 xal toplayıb. Onların ən yaxın izləyicisi “Atletiko” 9, “Real” isə maksimum - 12 xal yığıb. 4 tur əvvəl “Barselona”nın “Vilyarreal”la heç-heçə etdiyi oyundan sonra “Atletiko” ilə arasında 9 xal fərq vardısa, bu gün artıq hər iki komandanın xalı bərabərləşib – 76 xal. “Real” isə “Barsa”dan cəmi 1 xal (75) geri qalır. “Barsa”nın lideri Lionel Messinin qolsuzluq və məhsuldar ötürməsiz seriyası 515 dəqiqə çəkib. O, martın 16-dan etibarən dson oyuna kimi “qol+ötürmə” sistemində bir xal belə yığa bilməmişdi. Halbuki bu müddətdə o 5 oyunda iştirak edib. “Valensiya” ilə matçda bir dəfə fərqlənən argentinalı ulduz bununla da karyerasında 500-cü qolu vurub. “Barselona” birinci hissədə 2 qolu son dəfə 2013-cü ilin mayında “Betis”lə oyunda (4:2) buraxıb. Son vaxtlar Luis Enrikenin komandası müdafiə xəttindəki uğursuz çıxışı ilə də diqqət çəkir. La Liqada komanda 4 matçda öz qapısından 7 qol buraxıb. Hücumçu Luis Suares da zəif çıxış edir. O, son 3 oyunda bir dəfə də olsun qol vura bilməyib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
14.11.2018
“London-2018”: Maqnus Karlsen və Fabiano Karuanadan növbəti heç-heçə
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info