Ermənilərdən Türkiyə sərhədində təxribat
Tarix: 18.04.2016 | Saat: 18:40:00 | E-mail | Çapa göndər


Ermənilər Türkiyə sərhədində təxribata əl atıblar. Türkiyə mətbuatının verdiyi məlumata görə, ermənilər Türkiyə-Gürcüstan sərhədində "Çıldır-Aktaş" gömrük məntəqəsindən Türkiyəyə girmək istəyən ağır tonajlı yük maşınlarına (TIR) daşlarla hücum ediblər. Onlar Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ zonasında baş verənləri bəhanə edərək adıçəkilən yolu daş və qayalarla bağlayıblar.
Sürücülər can və mallarının təhlükəsizliyi üçün istiqaməti dəyişməli olublar. Gürcüstandan Türkiyəyə keçmək istəyənlər "Çıldır Aktaş" qapısı yerində, Türkgözü gömrük məntəqəsinə üz tutublar. 
Türkiyəyə giriş etmək üçün Türkgözü gömrük məntəqəsindən istifadə etmək istəyən TIR sürücüləri, Gürcüstanın Ahıska ilə Ardahanın Posof rayonları arasında 4 km-lik tıxac yaradıblar. 
Sürücülər tıxaca baxmayaraq bu yolun daha təhlükəsiz olduğunu bildiriblər. "Gürcüstanın Axalkələk ilə Ardahanın Çıldır yaxınlarındakı Aktaş sərhəd-keçid məntəqəsinin yolu daş və qayalarla qapadılıb. Türkiyənin Azərbaycana dəstək verməsini bəhanə edən erməni qruplar yolu bağlayıblar. O istiqamətdə gedən türk nömrəli maşınlar hücuma məruz qalır. Bunun üçün biz Ahıska- Posof məntəqəsinə yönəldik", deyə adının açıqlanmasını istəməyən sürücülər bildiriblər.  
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info