Qarabağ xalçaları dünyanı dolaşacaq
Tarix: 18.04.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Xocavənddən olan məcburi köçkünlər üçün Beyləqanda salınmış qəsəbədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı ilə “Qarabağ xalçaları” layihəsi çərçivəsində fəaliyyət göstərən xalçalıq kursları öz bəhrəsini verir. Qarabağ xalçaçılıq məktəbi ənənələri gənc nəslə aşılanır. Kurslara cəlb edilən xocavəndli qızlar xalça toxumağın sirlərinə yiyələnirlər.
HASEN-in baş katibi Haldun Yavaşın rəhbərlik etdiyi nümayəndə heyəti xalçalıq kurslarının fəaliyyətini daha da genişləndirmək məqsədilə Xocavənd qəsəbəsinə gəlib. Əvvəlcə Xocavənd Rayon İcra Hakimiyyətində görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qonaqlara son günlər cəbhə xəttində yaşanan hadisələr, erməni silahlı birləşmələrinin mövqelərimizi və yaşayış məntəqələrini atəşə tutması, Azərbaycan tərəfinin gördüyü cavab tədbirləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan ordusunun əks-həmlələri nəticəsində strateji əhəmiyyətə malik bəzi ərazilər düşməndən azad olunub.
Sənət və mədəniyyət mərkəzi kimi məşhur olan Qarabağda toxuculuq sənətinin özünəməxsus yer tutduğunu diqqətə çatdıran E.Hüseynov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün xalçaçılıqdan da yan keçmədiyini deyib: “Ermənilər təkcə qədim Azərbaycan torpağı olan Qarabağı işğal etməyiblər. Eyni zamanda, mədəniyyətimizi, mətbəximizi, musiqimizi və xalçalarımızı da mənimsəyərək, öz adlarına çıxarırlar. Azərbaycan xalqına məxsus Qarabağ xalçaları dünyada erməni xalçaları kimi təqdim edilir”.
Xocavənd qəsəbəsində xalça kurslarının açılmasına görə Haldun Yavaşa təşəkkürünü bildirən rayon rəhbəri layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, layihə sayəsində məcburi köçkün gənclərin xalça toxumağa marağı artıb. Təlimdə iştirak edənlər artıq Qarabağla bağlı arzu və ümidlərini ilmələrə köçürürlər.
Haldun Yavaş HASEN-in fəaliyyəti və reallaşdırdığı layihələr, o cümlədən Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlər barədə məlumat verib. Bildirib ki, “Qarabağ xalçaları” layihəsi yalnız kursların təşkili ilə yekunlaşmayacaq. Xocavənd qəsəbəsində xalça istehsal edən müəssisənin yaradılması nəzərdə tutulub. Burada toxunan Qarabağ xalçaları Azərbaycan adı ilə dünyaya çıxarılacaq. Layihə məcburi köçkün qadınların işlə təmin edilməsi və iqtisadi tərəfi ilə yanaşı, həm də təbliğat baxımından olduqca əhəmiyyətlidir. Belə ki, xocavəndli qadınların toxuduqları xalçaların satışı təşkil ediləcək, beləliklə, Qarabağ həqiqətləri də dünyaya çatdırılacaq.
SOCAR-ın İctimaiyyətlə Əlaqələr üzrə İşlər İdarəsinin rəis müavini İbrahim Əhmədov “Qarabağ xalçaları” layihəsinin əhəmiyyətini vurğulayıb. Hazırda layihənin davamı və genişlənməsi üçün ianə imkanlarının araşdırıldığını qeyd edərək, SOCAR-ın Azərbaycanda keçirdiyi sosial məsuliyyət layihələrindən danışıb.
Sonra qonaqlar xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları 320 ailəlik qəsəbədə xalçaçılıq kurslarına cəlb edilən qızların toxuduqları xalçalarla tanış olublar. Qonaqlara qarabağlı qızların əl işi olan xalçalar hədiyyə edilib. AZƏRTAC

Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info