İqor Muradyan: “4 günlük müharibə Ermənistanın biabırçı hərbi məğlubiyyəti ilə nəticələndi”
Tarix: 18.04.2016 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Qalust Qriqoryan: “Bəs, Ohanyan həmişə deyirdi ki, orduda vəziyyət yaxşı yox, əladır. Amma vaxt gəlib çatdı və böyük yalan üzə çıxdı”

Baqrat Asatryan: “Bizdə generalların avtomobillərin istehsal tarixi 2015-ci ildən aşağı olmasa da, hərbi texnikamızın istehsal tarixi 1980-ci ildən yuxarı deyil”

Xarici siyasət sahəsində biabırçı vəziyyət yaranıb, bizim diplomatiya iflasa uğrayıb. Məlum oldu ki, bizim dostlarımız, tərəfdaşlarımız bizə nifrət edirmiş”


Ermənistan ordusunun aprel ayının əvvəlində cəbhə xəttində törətdiyi təxribatlar işğalçı ölkəyə ağır zərbənin vurulması ilə nəticələndi. Hərbi meydanda aldığı ağır zərbələrdən sonra Ermənistan siyasi-diplomatik arenada da çətin vəziyyətə düşüb. 1994-98-ci illərdə Ermənistan Mərkəzi Bankının rəhbəri olmuş Baqrat Asatryan “Birinci İnformasiya”ya müsahibəsində bildirib ki, son olaylar ölkənin təhlükəsizilk sisteminin təhlükə qarşısında olduğunu ortaya qoyub: “Cəbhədə ciddi sayda itkilərimiz oldu. Bu isə düşünmək, nə üçün belə olduğunu müəyyən etmək üçün əsas verir. Əslində problemin kökü dərindir. Biz uzun illər ərzində təhlükəsizlik sistemini doğru qiymətləndirə, onun həyat qabiliyyətli olub-olmadığını müəyyən edə bilməmişik. Bizim siyasi, iqtisadi və cəmiyyət sferasında durğunluq yaranıb. Bizim nəslin ən böyük qazancı atəşkəs idi. Hansı ki, bu atəşkəs bizim üçün həm təhlükəzlik təminatı, həm də geniş mənada inkişaf üçün təminat idi. Amma ağır da olsa deyim ki, biz buna nail ola bilmədik. İndi məcburuq ki, geri qayıdaq və problemlər bir-bir həll edək. Bizdə dövlət orqanının heç bir sektoru işləmir. Bizdə qanunverici orqan var, amma birmənalı demək olar ki, bu orqan öz funksiyasını yerinə yetirə bilmir. Ölkənin əsas problemi korrupsiyadır. Bütün sistemin əsas məqsədi ayrı-ayrı şəxslərin varlanmasını təmin etməkdir. Bu korrupsiyanın tərkib hissəsini təşkil edən qanunverici orqan yığılıb qalan problemlərin həlli üçün heç nə etməyərək onları daha da dərinləşdirir. Anlamalıyıq ki, bizim ən böyük səhvlərimizdən biri parlamenti kənd avtoritetləri və yarısavadlı şəxslərlə doldurmağımız olub. Bu, indiki hakimiyyətin işinin nəticəsidir. Məni hiddətləndirən odur ki, bizdə generalların avtomobillərin istehsal tarixi 2015-ci ildən aşağı olmasa da, hərbi texnikamızın istehsal tarixi 1980-ci ildən yuxarı deyil. Burada çoxlu problemlər var və onlar həll olunmayaraq üst-üstə yığılır. Xarici siyasət sahəsində biabırçı vəziyyət yaranıb, bizim diplomatiya iflasa uğrayıb. Məlum oldu ki, bizim dostlarımız, tərəfdaşlarımız bizə nifrət edirmiş. Son biabırçı vəziyyət-Avrasiya İqtisadi İttifaqının baş nazirlər toplantısı İrəvanda olmalı idi, amma olmadı. Qərara alındı ki, toplantı Moskvada olsun. Bu, bizim növbəti diplomatik məğlubiyyətimiz idi. Prosesdə marağı olan dövlətlərin hansısa birindən reaksiya olmamasını da diplomatik məğlubiyyət kimi qəbul edirəm. Bizdə ümumiyyətlə diplomatiya yoxdur. Sadəcə, ayrı-ayrı səfirlər var. Onlar da öz şəxsi problemlərini həll etməklə məşguldur. Ola bilsin onlar şəxsi bizneslərində uğur qazana bilirlər, amma bundan artığını yox. Diplomatiya sahəsi ilə heç bir əlaqəsi olmayan şəxslər regionda həlledici maraqları olan ölkələrdə bizim təmsil etməməlidir. Aydındır ki, bu gün İran, Gürcüstan və Rusiyada olan səfirlərimiz ölkəmizin maraqlarını təmin etmək iqtidarında deyillər”.
“Əgər ölkənin əsgəri ac olduğu halda, məmuru bahalı maşında gəzirsə etimad mühiti yaranmayacaq”
Baqrat Asatryan müsahibəsində bildirib ki, baş verənlərin əsas günahkarı hazırkı hakimiyyətdir və cəmiyyət qətiyyətlə tələblərini irəli sürərək problemlərin həllinə nail olmalıdır: “Cəmiyyət problemləri qaldırmalıdır, axı bizim övladlarımız ölür, bu, Ermənistanın təhlükəsizlik məsələsidir. Bu, hansısa partiyanın ölkəsi deyil. Təhlükə qarşısında qalan bizim ölkəmizdir. Parlament təmizlənməlidir. Heç bir ölkədə belə parlament yoxdur. Məlum olub ki, Ermənistan xidməti avtomobillərin sayına görə dünyada birincidir. Axı bu, biabırçılıqdır. Parlamentdə də belə bir sistem yaradıblar-xidməti maşın siyasətçinin ələ alınması formuluna çevrilib. Bu da korrupsiyanın bir formasıdır. Ermənistanda korrupsiya biabırçı səviyyədədir. Bir tərəfdən deyirik ki, bazar iqtisadiyyatı yolunu seçmişik. Amma monopoliya alternativləri məhv edərək iqtisadiyyatın inkişafına imkan vermir”. Ekspert qeyd edib ki, cəmiyyətdə etimad mühiti yoxdur: “Əgər ölkənin əsgəri ac olduğu halda, məmuru bahalı maşında gəzirsə etimad mühiti yaranmayacaq. Və yaxud haradan qazandıqları məlum olmayan milyonçular birdən-birə gəlib məmur olurlarsa, bu halda inamsızlıq daha da dərinləşəcək”. O, qeyd edib ki, Ermənistanda alternativ düşüncə ortaya qoyanları 2008-ci ildə olduğu kimi güllələyirlər: “Bu gün parlamentdə əyləşənlərin 50 faizinin orada olmaq hüquq yoxdur. Mən sahibkarlara hörmət edirəm. Amma bu gün Ermənistanda sahibkarla əskiyə çevrilib”.
“Rusiya Ermənistanı biabırçı məğlubiyyətə məhkum etdi və harada söyləsə, orda oturan sözəbaxan vassala çevirdi”.
Başqa bir erməni eksperti İqor Muradyan isə “Lragir”ə bildirib ki, aprel ayının əvvəlində cəbhədə baş verən 4 günlük müharibə Ermənistanın biabırçı hərbi məğlubiyyəti ilə nəticələnib. Sərkisyan hakimiyyətini tənqid edən Muradyan yazır: “Ermənistan hakimiyyəti, generaliteti Rusiyanın vassalı olmaqda davam etməyə üstünlük verir. Qarabağın tanınması, alternativ mənbədən silah alınmağa cəhd edilməsi ilə bağlı heç bir addım yoxdur. Bir müddət əvvəl Putinin müşavirlərindən biri mənə bildirdi ki, Qarabağın ABŞ tərəfindən tanınması ilə bağlı kiçicik cəhd belə, ermənilər üçün fəlakət olacaq. İrəvan hakimiyyəti zəif, qorxaq olmaqla yanaşı, xarici siyasətlə məşğul olmaq iqtidarında deyil. Rusiya Ermənistanı biabırçı məğlubiyyətə məhkum etdi və harada söyləsər, orda oturan sözəbaxan vassala çevirdi. Ermənistan təkcə döyüş meydanında məğlub olmadı. Ermənistan iri miqyasda məğlub olaraq növbəti dəfə gülünc marionetkaya çevrildi”.
“Döyüşə hazır olmamağımıza, vacib yüksəkliklərin itirilməsinə, çoxlu sayda hərbçinin ölümünə görə şəxsən Ohanyan məsuliyyət daşıyır”
Ekspert Qalust Qriqoryan da cəbhədə baş verən uğursuzluğa görə Sərkisyan-Ohanyan duetini ittiham edib: “İndiyə qədər Seyran Ohanyanın müdafiə naziri postunda qalması möcüzədir. Əslində məğlubiyyətə görə məsuliyyəti daşıyan ilk şəxs Seyran Ohanyandır. Bizim döyüşə hazır olmamağımıza, vacib yüksəkliklərin itirilməsinə, çoxlu sayda hərbçinin ölümünə görə şəxsən Ohanyan məsuliyyət daşıyır. Doğrudur, böyük miqyasda günahkar Sərkisyandır. Amma Ohanyan nazir kimi vəziyyəti real qiymətləndirməyə, müvafiq hesabatlar hazırlamağa borclu idi. Bəs, Ohanyan həmişə deyirdi ki, orduda vəziyyət yaxşı yox, əladır. Amma vaxt gəlib çatdı və böyük yalan üzə çıxdı. Amma nədənsə Ohanyan hələ də postunda qalır. Bəlkə Sərkisyanın onu heç vəzifədən çıxarmağa gücü çatmır. Ola bilsin Ohanyanda Sərkisyana qarşı güclü kompromatlar var, ya da şərikli biznesləri”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Rusiyanın mobil operatoru “Megafon“ Azərbaycan xalqından üzr istəyib
15.07.2019
“1in.am”: “Paşinyanın dinləmək qabiliyyəti xeyli azalıb”
15.07.2019
Putin Ərdoğanı ölümdən necə xilas etdi? - Video
15.07.2019
“Asiya NATO”su: Çin yeni hərbi alyans formalaşdırmaq planı hazırlayıb
15.07.2019
“Türk Hava Yolları” qitələrarası uzuşlarda sərnişinlərə yeni dəstlər təqdim edir

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
4 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info