Ermənilər yenə Rusiya səfirliyi qarşısında aksiya keçirəcəklər
Tarix: 18.04.2016 | Saat: 19:26:00 | E-mail | Çapa göndər


Sabah ermənilər Rusiyanın Yerevandakı səfirliyinin binası qarşısında erməni iş adamı Levon Ayrapetyanın azadlıqdan məhrum edilməsinə etiraz olaraq aksiya keçirəcəklər.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Moskvanın Zamoskvoretsk məhkəməsi Levon Ayrapetyanı 700 min dollarlıq maliyyə fırıldağında təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə hökmünə əsasən, o, cəzasını ümumi rejim islah əmək koloniyasında çəkəcək.
Bu, son 10 gündə Rusiyanın səfirliyinin binası qarşısında ermənilərin keçirdiyi üçüncü etiraz aksiyasıdır. Bundan əvvəlki aksiyada onlar səfirliyin binasını yumurta "atəşinə" tutmuşdu. Həmin iki aksiyada ermənilər Rusiyanın Azərbaycana silah satmasına etiraz ediblər. Qeyd edək ki, Levon Ayrapetyanın terrorçuluğa və digər ağır cinayətlərə görə ömürlük azadlıqdan məhrum olunan eks-senator İqor İzmestiyevin anasından oğlu barəsində çıxarılan məhkəmə qərarının yumşaldılması qarşılığında 700 min ABŞ dolları alıb.
L.Ayrapetyana qarşı bundan əvvəl də cinayət işi açılıb. O, Başqordıstanın "Başneft" şirkətinin işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunub.
Xatırladaq ki, o, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsorlarındandır. L.Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakları var.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir
18.01.2019
“Rusiya Latviya ərazisindəki NATO bazasını bir neçə dəqiqəyə məhv edər”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info