1700 hektar sahədə pambıq əkini üçün sahibkarlarla zavodlar müqavilə bağlayıblar
Tarix: 18.04.2016 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Bərdə Rayon İcra Hakimiyyətində 2016-cı ilin birinci rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vidadi İsayevin hesabat məruzəsi dinlənilib, ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələr ətraflı təhlil edilib. Bildirilib ki, birinci rübdə Bərdədə iqtisadiyyatın dinamik inkişafına nail olunub, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində işlər uğurla davam etdirilib. Bu dövrdə Əyricə kənd yolunun Tərtər çayı üzərindəki körpü istifadəyə verilib, Bərdə şəhərində geniş abadlıq işləri aparılıb, 6 kənd qazlaşdırılıb. Həmçinin Əmirli, Dəymədağıldı kəndlərinin, Güloğlular kəndindəki yeni yaşayış məhəlləsinin elektrik şəbəkəsi yenidən qurulub, Əliyanlı kəndində artezian quyusu qazılıb.
Hazırda Ərazi Kənd Təsərrüfatı İdarəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının, Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, 100 yerlik şəhər 4 saylı körpələr evi-uşaq bağçasının, Qarabağ kanalının maşın qolunun, Yeni Daşkənd-Umudalılar yolunun, Qazaxlar kəndində süd qəbulu məntəqəsinin tikintisi davam etdirilir. Tərtər çayı yatağında sahilbərkitmə işləri aparılır, 5 kənd qazlaşdırılır, 6 kəndin elektrik şəbəkəsi yenidən qurulur. Şəhərdəki üç tam orta məktəbin binaları, kommunal binalar və İmamzadə kompleksi əsaslı təmir olunur, “Bərdə” türbəsi bərpa edilir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Bərdə rayonunda da zəruri işlər görülür.
Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, mövcud pambıq emalı zavodlarının potensialı nəzərə alınaraq, bu il rayonda 4 min hektar sahədə pambıq əkilməsi planlaşdırılıb. 1700 hektar sahədə pambıq əkilməsi üçün sahibkarlarla zavodlar arasında müqavilə bağlanıb. Hazırda bu istiqamətdə, habelə yeni istehsal müəssisələrinin yaradılması, mövcud istehsal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı işlər davam etdirilir. Rayon ərazisində toxuculuq müəssisəsinin yaradılması üçün tədbirlər görülür.
Qeyd edilib ki, rayonda 5061 hektar sahədə yazlıq bitkilər əkilib. 2015-ci ilə nisbətən buğanın əkin sahəsi 5 faiz, arpanın əkin sahəsi 2,9 faiz genişlənib. Rayonda heyvandarlığın inkişafı istiqamətində də tədbirlər davam etdirilib. Hesabat dövründə rayona 71 baş ətlik-südlük və 19 baş südlük istiqamətli cins heyvan alınıb gətirilib. 2328 baş iri buynuzlu heyvan süni yolla mayalandırılıb, 599 baş cins bala alınıb. Rüb ərzində qaramalın baş sayı 5,8 faiz, o cümlədən inək və camışların sayı 5,1 faiz, qoyun və keçilərin sayı 1,8 faiz artıb.
Yığıncaqda rayonun təhsil, səhiyyə, mədəniyyət məsələləri də ətraflı müzakirə edilib, sahibkarlığın inkişafından, əhalinin qaz, elektrik enerjisi, su ilə təminatı sahəsində əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışılıb, vətəndaşların sosial müdafiəsi, ərizə və şikayətlərə baxılması sahəsində görülən işlər təhlil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info