“İnsan alverinə qarşı mübarizə hər il keyfiyyətə doğru yaxşılaşdırılır”
Tarix: 18.04.2016 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


“Digər cinayət növləri kimi, insan alverinə qarşı mübarizə sahəsində də dövlətin qətiyyətli mübarizə mexanizmi var. Ötən illərdə demək olar ki, bu mübarizə müxtəlif vasitələrlə daha da kəskin və təkmil formada aparılır”. Bu fikri insan alverinə qarşı aparılan mübarizə tədbirlərinin effekti haqqında danışarkən ekspert Ramiz Alıyev deyib.
O bildirib, bu sahə ilə mübarizə Azərbaycan dövləti və şəxsən cənab Prezidentin nəzarətində olan məsələdir: “Bilirsiniz ki, cənab Prezident bu sahəyə səlahiyyətli şəxs olaraq Milli Koordinator təyin edib və Mili Koordinatorun rəhbərliyi ilə İnsan Alverinə Qarşı Mübarizə Komissiyası fəaliyyət göstərir. Eyni zamanda Daxili İşlər Nazirliyinin nəzdində yaradılan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi konkret olaraq bu sahə ilə məşğuldur. Xatırlayırsınzısa, bir vaxtlar ABŞ Dövlət Departamenti yaydığı hesabatda Azərbaycanı əsasız olaraq insan alverinə qarşı mübarizə sahəsində apardığı işlərə görə üçüncü kateqoriyaya aid etmişdir. Ancaq, əlbəttə ki, hər kəs yaxşı bilirdi ki, bu, düzgün yanaşma deyildi və başqa mənafelər var idi bu hesabatlarda. Keçən ildən başlayaraq isə ABŞ Dövlət Departamenti insan alverinə qarşı mübarizə sahəsinə dair hazırladığı hesabatlarda Azərbaycan dövlətinin bu cinayət növü ilə kəskin mübarizə apardığını, bu sahə ilə məşğul olan QHT-lərlə birgə maarifləndirmə işlərində fəal iştirak etdiyini qeyd edərək ölkəmizi ikinci kateqoriyaya aid etmiş və bir çox ölkələrə Azərbaycanı örnək ölkə olaraq təqdim etmişdi. Əslində, mən deyərdim ki, bu cür hesabatlar daha dəqiq hazırlansa və heç bir qərəz olmasa, Azərbaycan birinci kateqoriyaya aid olar. Ona görə ki, Azərbaycan dövləti və xüsusi ilə Daxili İşlər Nazirliyi və onun nəzdində fəaliyyət göstərən İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi bu cinayətkarlıqla kəskin mübarizə aparır və demək olar ki, hər il öz işlərini daha da keyfiyyətə doğru yaxşılaşdırırlar. Qonşu dövlətlərlə müqayisədə baxsaq, görərik ki, bu sahədə Baş İdarənin gördüyü işlər digər ölkələrin bu sahə ilə məşğul olan idarələrindən nə qədər artıq işlər görür. Həyata keçirilən mübarizə mexanizmlərindən biri də profilaktik olaraq insanların bu sahə ilə bağlı maarifləndirilməsi tədbirlərində QHT-lərlə uğurlu əməkdaşlığı qurulmasıdır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info