Aprelin 21 –də Azərbaycanla İran arasında dəmir yolu körpüsünün təməli qoyulacaq
Tarix: 18.04.2016 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Aprelin 21-də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astaraçay üzərindən Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçiriləcək. Bunu APA-nın Tehran bürosuna açıqlamasında İran Dəmir Yol İdarəsinin rəisi Möhsün Purseyid Ağayi deyib.
 
Onun sözlərinə görə, təməlqoyma mərasimində azərbaycanlı həmkarı Cavid Qurbanov, o cümlədən iki ölkənin hökumətlərarası komissiyanın həmsədrləri, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edəcəklər.
 
Möhsün Purseyid Ağayi deyib ki, iki ölkə arasında əldə olunan razılığa əsasən, körpünün tikintisi 2016-cı ilin sonunadək başa çatacaq: "Sevindirici haldır ki, körpünün tikilməsi üçün hazırlıq işləri proqrama uyğun olaraq davam etdirilir".
 
"Bu layihənin icrası ilə tranzit yüklərin daşınması hər iki tərəf üçün asanlaşacaq. Layihənin icrasından sonra İranın Bəndər-Abbas limanından Azərbaycan vasitəsilə Rusiyaya yüklər rahatlıqla daşınacaq", - deyə o bildirib.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info