Dövlət Miqrasiya Xidməti Ağcabədidə 124 şəxsə səyyar xidmət göstərib
Tarix: 18.04.2016 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidməti (DMX) Ağcabədidə 124 şəxsə səyyar xidmət göstərib.
DMX-dən bildiriblər ki, Yevlax regional miqrasiya idarəsinin xidməti ərazisinə aid olan Ağcabədidə əvvəlcə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, vətəndaşların, aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Ağcabədi rayon mədəniyyət mərkəzində təşkil edilən tədbirdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə müvəqqəti olma, yaşama, daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması üçün prosedurlar, qanunvericiliyin pozulmasına görə məsuliyyət şərh olunub. Regional idarənin və Xidmət aparatının məsul əməkdaşları dünyada baş verən miqrasiya prosesləri və Azərbaycan dövlətinin miqrasiya siyasəti, respublikamızda vətəndaşsızlıq hallarının aradan qaldırılması haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Avropada yaşanan miqrant böhranı miqrasiya siyasətinin düşünülmüş və məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyini göstərdi. Çünki bu məsələ ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir.
Görüşdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə yaradılmış şəraitdən söhbət açılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda təhlükəsizliyin, sabitliyin yüksək səviyyədə qorunması, qeyri-neft sektorunun inkişafı, iqtisadi sahədə uğurlu islahatlar, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin davam etdirilməsi, tolerantlığın dünya üçün nümunə olduğu və s. məsələlərdən danışılıb. Qeyd olunub ki, bütün bu məqamlar Azərbaycanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün cəlbedici edib. Ölkəmizdə isə vaxtında miqrasiya sahəsində həm mükəmməl qanunvericilik bazasının yaradıldığı, həm də dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində DMX aparatının və 8 regional miqrasiya idarəsinin, Bakıda və Yevlaxda müasir standartlara cavab verən qanunsuz miqrantların saxlanılması mərkəzlərinin tam gücü ilə fəaliyyət göstərməsinin təmin olunduğu vurğulanıb. İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbul edildiyi bildirilib. Həmçinin vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində Xidmətin gördüyü işlər, regionlarda keçirilən çoxsaylı görüşlərlə bağlı məlumat diqqətə çatdırılıb.
Tədbirdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti barədə də məlumat verilib.
Diqqətə çatdırılıb ki, əvvəllər işəgötürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri haqqı ödənilən əmək fəaliyyətinə cəlb edərkən iş icazəsinin verilməsinə görə dövlət rüsumunun məbləği müddətdən asılı olmayaraq, 1000 manat idi. Dəyişikliyə əsasən, 3 ay, 6 ay və 1 il müddətinə verilən iş icazələrinə görə müvafiq olaraq, 350, 600 və 1000 manat məbləğində dövlət rüsumu ödənilir.
Həmçinin təhsil ocaqları və yerli icra strukturları rəhbərlərinin nəzərlərinə çatdırılıb ki, ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri olmayan əcnəbi şagirdlərin müvafiq sənədləşmə işləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətlərinin tezləşdirilməsi üçün köməklik göstərsinlər. Dövlətimizin humanist mahiyyətindən irəli gələrək yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına, eləcə də ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə dövlət rüsumları yetkinlik yaşına çatmış şəxslər üçün nəzərdə tutulan məbləğin 50 faizi miqdarında müəyyənləşdirilib.
Görüşdə bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbləri geniş izah olunub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat prosedurları, olduğu yeri dəyişdikdə, Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalı olduğunun vacibliyi iştirakçıların nəzərlərinə çatdırılıb.
Sonda suallar cavablandırılıb.
Daha sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından 124 şəxs istifadə edib. Onlardan 94-dən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan üç nəfərdən müvəqqəti, iki şəxsdən daimi yaşama icazələrinin verilməsi, bir şəxsdən vətəndaşlıq məsələsi ilə bağlı sənədlər qəbul olunub. Dörd şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, iki nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayış verilib. On səkkiz şəxsə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.
İştirakçılar səyyar xidmətin və maarifləndirmə işinin təşkilindən razı qaldıqlarını bildiriblər.
Səadət Kazımova bildirib: “Bu gün burada keçirilən tədbir ağcabədililərin ürəyincədir. Dövlət Miqrasiya Xidmətinin keçirdiyi tədbirdə biz istədiyimiz suallara cavab aldıq. Həm də burada göstərilən səyyar xidmət müraciət edənlərin əlavə vaxt itkisinin qarşısının alınması deməkdir. Ona görə də bu xidmətin təşkili, bizə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edirik”.
Eldar Əliyev deyib: “Bu gün mən nəvəmin vətəndaşlıq mənsubiyyəti ilə bağlı arayış almaq üçün müraciət etdim. Biz heç bir əziyyət çəkmədik, uzaq yol qət etmədik. Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Ağcabədiyə gəlib bizim müraciətləri yerindəcə qəbul etdilər, sənədləri götürdülər. Həm ölkəmizin vətəndaşlarına, həm də xarici vətəndaşlara yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıq edirəm”.
Polad Musayev isə göstərilən xidmətlər bağlı düşüncələrini bildirərkən deyib: “Dövlət Miqrasiya Xidmətinin əməkdaşları Ağcabədidə bizimlə maarifləndirici söhbət apardılar. Bilmədiyimiz məsələlərlə bağlı bizə geniş arayış verdilər. Vətəndaşların əziyyət çəkməmələri, Yevlax regional miqrasiya idarəsinə getməmələri üçün Ağcabədidə səyyar xidmət təşkil etdilər. Bu çox təqdirəlayiqdir. Ümumiyyətlə, Dövlət Miqrasiya Xidmətinin bugünkü işi Prezident İlham Əliyevin vətəndaşlara olan qayğısının bariz nümunəsidir. Buna görə də tədbir iştirakçıları adından və öz adımdan Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10484

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info