AMEA Naxçıvan Bölməsinin nəşrlərindən ibarət kolleksiyanın təqdimatı olub
Tarix: 18.04.2016 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Naxçıvan Bölməsi alimlərinin əsərlərindən ibarət kitab kolleksiyasının təqdimatı ilə bağlı tədbir keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq son zamanlar Akademiyada aparılan islahat və yeniləşmə işlərindən danışıb. Müasir tələblərə əsaslanan yeni elmi-tədqiqat institutlarının, şöbə və laboratoriyaların yaraılmasının əhəmiyyətindən bəhs edən akademik İsa Həbibbəyli Naxçıvan alimlərinin əsərlərindən ibarət kolleksiyanın təqdimatını da yüksək dəyərləndirib. Akademik İsa Həbibbəyli çoxəsrlik tarixə malik olan Naxçıvan diyarının elm, mədəniyyət və ədəbiyyatının öyrənilməsi, habelə təbliği istiqamətində son illər mühüm tədbirlərin həyata keçirildiyini bildirib. Alim görülən bu işlərin nəticəsi olaraq Naxçıvanın tarixinə müstəqillik maraqları əsasında yeni yanaşmanın əsasının qoyulduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarında çalışan alim və elmi mütəxəssislərin monoqrafik tədqiqatlarını əks etdirən əsərlərin kolleksiyasının təqdim olunmasını əhəmiyyətli elmi hadisə adlandırıb. Çünki bütün istifadəçilər Naxçıvanda nəşr edilmiş əsərləri bundan sonra rahat şəkildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasından əldə edə biləcəklər.
Qeyd olunub ki, Mərkəzi Elmi Kitabxananın Naxçıvan kolleksiyasına bir çox elm sahələrini əhatə edən 300-dən çox elmi əsər daxildir. MEK-in Akademiklər zalının yardımçı fondunda yerləşdirilərək oxucuların ixtiyarına verilən kolleksiyaya “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan tarixi” üçcildliyi, “Naxçıvanın Qırmızı kitabı”, “Naxçıvan folkloru antologiyası” (3 cilddə) kimi fundamental əsərlərlə yanaşı tarix, arxeologiya, ədəbiyyat, incəsənət, siyasət, din, flora, fauna və başqa elm sahələrinə aid çoxsaylı monoqrafik tədqiqat işləri daxil edilib. Bundan əlavə, kolleksiyada ensiklopediyalar və bir sıra qədim dil abidələrinin mətnlərinə dair nəşrlər də yer alır.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova və kitabxananın digər əməkdaşları kolleksiyanın Azərbaycan xalqının tarixi keçmişini və Naxçıvanın müasir inkişafını əks etdirən əsərlərlə zəngin olduğunu bildiriblər. Qeyd edilib ki, bu da öz növbəsində Naxçıvana ərazi iddiaları irəli sürən ermənilər üçün tutarlı faktdır və əsaslı cavabın ifadəsidir. AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Səbuhi Qəhrəmanov, MEK-in Oxucu-istifadəçilərə xidmət bölməsinin rəhbəri Sevil Məmmədova və başqaları çıxış edərək AMEA Naxçıvan Bölməsi alimlərinin əsərlərindən ibarət kolleksiyanın yaradılmasının əhəmiyyətindən danışıblar.
Tədbirdə müxtəlif elm sahələrini təmsil edən əməkdaşlar iştirak ediblər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info